Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Blok hakimiyyətə çağırış etdi

Blok hakimiyyətə çağırış etdi
Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Qarabağ Bloku növbəti toplantısını keçirib.


Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, öncə ötən toplantıda verilən qərarların icrası barədə hesabat dinlənilib və qənaətbəxş hesab edilib. Sonra regionda və Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Ukraynadakı hadisələr və Azərbaycana təsiri, Rusiya –Azərbaycan münasibətləri, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası, Prezident İlham Əliyevin Vilnusda “ Şərq Tərəfdaşlığı ” sammitində iştirakı, ölkə prezidentinin bir qrup KİV əməkdaşı və redaktorları ilə görüşü və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncamı, Cenevrədə Avropa Birliyi ilə İran arasında uranın zənginləşdirilməsi ilə bağlı danışıqlarda müəyyən razılaşmaların əldə olunması, habelə ölkə gündəmində baş verən digər məsələlər müzakirə olunub.



Tədbir iştirakçıları Prezident İlham Əliyevin “ Şərq Tərəfdaşlığı ” sammitində iştirakı üçün Vilnus sammitinə getməsini də alqışladıqlarını bildirərək, Azərbaycanın Avropa Birliyinə assosiativ üzvlüyə və sonrakı mərhələdə tam üzvlüyə qədər bir siyasi kurs götürməsini Azərbaycan hökumətinə tövsiyə etdilər. Qeyd olundu ki, blok Avropa ailəsindən kənarda dayanıb, Avro-Asiya İttifaqına qoşulma haqda danışıqların aparılmasının qəti əleyhinədir. Bununla bağlı ictimai müqaviməti də təşkil etməyə hazır olduqlarını deyən blok üzvləri, lazım olarsa Azərbaycan daxilində siyasi partiya və qurumlara çağırış edəcəklərini də qeyd etdilər. Tədbir iştirakçıları həmçinin Azərbaycan hakimiyyətini Rusiyanın təhdidlərindən və şantajlarından qorxmamağa, cəmiyyət və siyasi institutlarla bütünləşərək Avropaya inteqrasiyanı sərgiləyən bir siyasi kursu ortaya qoymağa çağırıb.



Blok üzvləri Ukrayna xalqının mövqeyini dəstəklədiklərini qeyd edərək bildirdilər ki, Ukraynanın bütövlükdə Rusiyaya münasibəti dəyişməlidir. Rusiyanın imperialist siyasətindən əl çəkməsi üçün nəinki Ukrayna , eyni zamanda həm Cənubi Qafqaz respublikaları, həm Orta Aşıya, ümumilikdə bütün MDB dövlətləri ərazisindən Rusiyanın çıxması istiqamətində birlikdə səy göstərilməlidir. Qərara alındı ki, adı çəkilən ölkələrə bununla bağlı müraciətlər edilsin.



Blok ölkə başçısı İ. Əliyevin Azərbaycan Demokratik Cümhuriyyətin qurucusu M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalamasını müsbət dəyərləndirdi. Sərəncamın icrasına məsul olan təşkilat və elm ocaqlarını M.Ə. Rəsulzadənin millətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərinin xalqımıza çatdırılması, tariximizin ən şanlı səhifəsi olan cümhuriyyət tariximizin işıqlandırılması yönündə gərəkli addımlar atmağa çağırıb.



Tədbir iştirakçıları Cenevrədə İranla bağlı danışıqların və əldə olunan razılaşmanın İranın daxilindəki insan haqları, idarəetmə, antidemokratik sistemlə bağlı olmadığını, sırf uranın zənginləşdirilməsi məsələsilə bağlı olduğunu qeyd etdiblər. Beynəlxalq təşkilatlar buna da ciddi diqqət ayırmalıdır. Uranın zənginləşdirilməsində İranın geri çəkilməsi insan haqları, demokratiya və milli haqlar məsələsində güzəştə səbəb olmamalıdır.


Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR