Millət vəkili Ardahan Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın başlanmasının məmnuniyyətverici olduğunu deyib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərində olduğu kimi, təhsil sahəsində də ildən-ilə genişləndiyini vurğulayan millət vəkili hər iki ölkənin təhsil müəssisələrində ortaq türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin, həqiqətlərinin tədrisinin vacibliyini qeyd edib.
Q.Paşayeva Ardahan Universitetinin rektoruna Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizənin gücləndirilməsindən danışıb.
Rektor R.Korkmaz da qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.
Rəhbərlik etdiyi universitetin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, cəmi bir neçə il əvvəl fəaliyyətə başlamasına baxmayaraq, artıq 70 azərbaycanlı tələbənin universitetdə təhsil aldığını deyən rektor azərbaycanlı tələbələrin Ardahanda və təhsil aldıqları universitetdə özlərini öz evlərindəki kimi hiss etmələri və yüksək təhsil ala bilmələri üçün bütün imkanların yaradıldığını deyib.
Görüşün sonunda millət vəkili Q.Paşayeva R.Korkmaza Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.