Bayraq Meydanı Horadiz şəhərinin girişində, dəniz səviyyəsindən 218 metr yüksəklikdə yaradılır.
Meydanda hündürlüyü 67,5 metr olan bayraq dirəyi ucaldılmış, yeddi hektardan çox ərazidə yaşıllıqlar salınmış, həmişəyaşıl ağaclar əkilmiş, meydana çıxmaq üçün pilləkənlər inşa edilmişdir. Meydanda işıqlandırma sistemi yaradılacaq, buraya qalxmaq üçün avtomobil yolu çəkiləcəkdir.
Bayraq Meydanında inşaat işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.