Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ƏKRƏM ƏYLİSLİNİN ƏSƏRLƏRİ DƏRSLİKLƏRDƏN ÇIXARILIR

ƏKRƏM ƏYLİSLİNİN ƏSƏRLƏRİ DƏRSLİKLƏRDƏN ÇIXARILIR
“Ürək yaman şeydir” hekayəsinin dərslikdən çıxarılması üçün Təhsil Nazirliyinə rəsmi müraciət göndərilib


Bir neçə gün öncə Bakı və Naxçıvanın bəzi məktəblərində ədəbiyyat müəllimlərinin Əkrəm Əylislinin əsərlərini tədris etməkdən imtinaları haqqında xəbər yayılmışdı. Hətta Dövlət Pedaqoji Universitetinin və Bakı şəhərindəki S. Pişəvəri adına humanitar fənlər gimnaziyasının müəllimi Tahirə Səfərova ölkədəki bütün həmkarlarını bu addımı atmağa çağırmışdı. 



Məsələni ümumiləşdirərək Təhsil Nazirliyinə təqdim edən isə Səbayel rayonundakı Milli Qəhrəman Eldar Məmmədov adına 189 №-li məktəb olub. Bir neçə gün qabaq məktəb 9-cu sinif Azərbaycan ədəbiyyatı dərsliyindən Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsinin çıxarılması ilə bağlı Təhsil Nazirliyinə rəsmi müraciət göndərib.



Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı modern.az-a açıqlamasında bu təklifi irəli sürənlərin haqlı olduqlarını bildirib: “Dərslik yazılarkən Əkrəm Əylisli xalq yazıçısı idi və müəyyən titulları var idi. O zaman biz bilmirdik ki, onun sonrakı addımları tədris prosesində problemlər yarada bilər”.



Müəllimlərə dərs saatlarının bölüşdürülməsi ilə bağlı sərbəstlik verildiyini deyən F. Şahbazlı qeyd edib ki, onlar Əkrəm Əylisliyə ayrılmış saatı keçmək istəmirlərsə, tamamilə haqlıdırlar: "Dərslik yenidən çap olunanda Əkrəm Əylisliyə ayrılmış əsər çıxarılacaq. Hesab edirəm ki, onu saxlamaq böyük qəbahət olardı və bu yazıçının dərslikdə saxlanılmağa da haqqı yoxdur".



Son günlər Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirənlər sırasına ədəbiyyata heç bir aidiyyəti olmayan məmurlar da qoşulub. “Bakıelektrikşəbəkə”nin rəhbəri Baba Rzayev “Daş yuxular” haqqında danışıb. Əsəri oxuduğunu bildirən “Bakıelektrikşəbəkə” ACS İdarə Heyətinin sədri deyir: "“Daş yuxular” barədə təəssüratımı bircə kəlmə ilə ifadə edə bilərəm - sifariş. Bəli, “Daş yuxular” sifarişlə yazılmış əsərdir. Bunu kitabı əlimə alıb bir neçə səhifəsini oxuyan kimi dərhal başa düşdüm. Düzünü desəm, Əkrəm Əylisli yaradıcılığına pərəstiş etdiyim yazıçılardan deyil. Səmimi deyirəm. Bunun baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur. “Daş yuxular”dan əvvəl onun “Adamlar və ağaclar” əsərini oxumuşdum. Düzü, heç bəyənməmişdim. O vaxtdan bu yana Əkrəm Əylislinin heç bir kitabını əlimə almamışdım. İllər sonra “Daş yuxular”ı oxudum və romanın sifariş əsasında yazıldığını hiss etdim. Çox təəssüf".



 


Teqlər:
Bu xəbər cəmi 1785 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR