Bu barədə Azərbaycan tərəfdən komissiyanın həmsədri maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində məlumat verib.
O, bildirib ki, son illər ərzində çox sıx şəkildə Fransa ilə kosmik sənayesinin inkişafında əməkdaşlığını inkişaf etdirir.
“İlk telekommunikasiya peykini Fransanın Arian şirkəti orbitə çıxarıb və bu əməkdaşlıq davam etdirilir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fransanın aidiyyəti qurumları ilə əməkdaşlıq edir və ikinci peykin orbitə buraxılması üçün müvafiq danışıqlar gedir və biz güman edirik ki, yaxın gələcəkdə bu danışıqlar konkret bir müqavilə ilə yekunlaşacaq”.
Qeyd edək ki, 2016-ci ildə ikinci telekommunikasiya peykinin orbitə buraxılması planlaşdırılır.