Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ANS üçün gözəl gün

ANS üçün gözəl gün
Bu gün hamımız üçün adiləşən “Müstəqil Azərbaycan” kəlməsi bir vaxtlar həmvətənlərimizin sadəcə ən ümdə arzusu idi.


Bu gün isə “Müstəqil Azərbaycan” kəlməsilə yanaşı leksikonumuza “müstəqil” ifadəsilə bağlı bir çox məhsullar daxil olub. Müstəqil qəzet, müstəqil media və ən əsası ilk müstəqil telekanal olan ANS. Bu gün nəinki müstəqil Azərbaycanda, eləcə də, keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS 22 yaşını qeyd edir. Təbii ki, 22 il bundan əvvəl müstəqil Azərbaycan yaranmasaydı, ANS də olmayacaqdı. Ancaq ANS yarandığı gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə ona sadiq qalıb.



Əslində ANS yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin abu-havası hələ də hiss olunurdu. Məhz bu dövrdə 1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı. Onlar Bakı şəhərində dərc olunan “Azərbaycan” qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrupu yaratmaq idi.



Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhs o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.



1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin müdaxiləsindən sonra ANS-in yayımı bərpa edildi.



Bu gün iki həmyaşıd-Müstəqil Azərbaycan və ANS birgə böyüyür və inkişaf edir. Bir çoxlarının ANS-in dəqiq, qərəzsiz və vicdanlı xəbərlərindən narahat olduğu bir vaxtda Heydər Əliyev ANS-ə dəstək oldu. Təsadüfi deyil ki, o çıxışlarından birindən daim ANS xəbərlərini izlədiyini bildirmiş və bir çox vaxtlar xəbərləri izlədikdən sonra bir sıra dövlət məmurlarına və rəsmilərinə tapşırıqlar verdiyini bildirmişdi.



Vaxtilə yalnız “Xəbərçi” verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu artıq bu gün böyük bir Mediaholdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.



Bu gün o qədər də gəlirli sahə olmadığına baxmayaraq, ANS PRESS Nəşriyyat Evi “Karvan”, “Aysel”, “Elli boya”, “Bala dili”, “Elli” “Moto Moto” kimi jurnalları buraxır. Bu Nəşriyyat Evində hazırlanan uşaq jurnalları Azərbaycanın gələcəyi olan balacaların düzgün tərbiyə almasında, doğma dildə məlumatlandırılmasında, maariflənməsində ictimai-siyasi həyatının işıqlanmasında əvəzsiz rolu var.



2007-ci ildə yaradılan “BakıFilm” Kinostudiyasında isə bu günə qədər ölkə ictimaiyyəti üçün gərəkli olan bir çox film və serial ekranlaşdırıb. Müasir Azərbaycan tarixində Dağlıq Qarabağ mövzusundan bəhs edən filmlərin az olduğu biz ərəfədə “BakıFilm” Kinostudiyasının “Yaddaş” serialı və filmi, habelə bir çox beynəlxalq festivallarda nümayiş olunan “Xoca” filmi bu boşluğu uğurla doldurdu.



ANS ictimaiyyətə qərəzsiz, ən doğru informasiya vermək ənənəsini qoydu. Daha dəqiq, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin təbirincə desək, ANS cəmiyyətə pafosdan uzaq xəbər vermək mədəniyyətini gətirdi. /Anspress/


Teqlər:
Bu xəbər cəmi 1725 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR