Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkilindən hökumətə xəbərdarlıq

Millət vəkilindən hökumətə xəbərdarlıq
Statistika Komitəsinin həftəsonu yaydığı rəsmi məlumatlar gündəmə öz damğasını vurdu. Bəlli oldu ki, əhalinin az qala yarısı ac-yalavacmış.

Ümumiyyətlə, "orta aylıq əmək haqqı” məhfumuna münasibət bildirmək üçün Moderator.az iqtisadçı alim, millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimliyə müraciət edib.  Məqsədimiz də bu olub ki, görəsən biri on min manat, o biri 100 manat maaş və ya pensiya aldığı halda hansı məntiqlə bu pulu toplayıb ikiyə bölürlər? Etatist.com millət vəkilinin iqtisadi təhlilini təqdim edir:


"Dövlət Statistika Komitəsi hər il gəlirlərin differensasiysına dair məlumatlar açıqlayır. Amma Statistika Komitəsinin bu ilki açıqlaması nədənsə ajiotaj yaradıb. Dövlət Statistika Komitəsinin materialları ilə işləyən adamlara həmin rəqəmlər çoxdan bəllidir ki, Azərbaycanda müzdla işləyənlərin cəmi 1,3 faizii- ayda 1700 manatdan çox, 3,8 faizi- 1000 manat ətrafında, 52 faizi- 300 manata qədər, 34 faizi-93,5-150 manat arasında, 1,7 faizi minimal maaş (93,5 manata qədər) səviyyəsində qazanır. Gəlirlər arasında fərq iqtisadi təhlükəsiziliyə xələl gətirən hədlər çərçivəsində, yəni 8-10 dəfə olanda, bu fərqi məqbul sayırlar. Məsələn, belə bir hesablama aparılır ki, əgər əhalinin 10 faiz ən yüksək gəlirli hissəsinin gəliri, 10 faiz ən aşağı gəlirli təbəqənin gəlirindən 8-10 dəfədən çoz yüksək olursa, bu, ölkənin iqtisadi təhlükəsizliyinə xələl gətirir.Bizim statistika belə göstərici əsasında müqayisələr açıqlamır. Amma ayda 1700 manatdan çox qazanan 1,3 faiz ən yüksək gəlirli muzdlu işçinin gəlirləri ilə 93,5 manat qazanan 1,7 faiz işçinin gəlirlərini müqayisə etsək, onların arasında 18 dəfə, yəni kritik sayılan həddi 2 dəfə aşan fərq var.



Dövlət Statistika Komitəsinin məlumatına görə, "2013-cü il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olmuş və onlardan 898,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,2 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 2013-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 415,0 manat təşkil etmiş, keçən ilin müvafiq dövrünə nisbətən 7 faiz artmışdır”. 2012-ci il və 2013-cü ilin ilkin nəticələrinə görə, orta əmək haqqının səviyyəsinə görə biz MDB məkanında Rusiya (900 dollar) və Qazaxıstandan (640 dollar) geri qalırıq.Amma digər MDB ölkələri və Gürcüstandan irəlidəyik.Bəzi araşdırmalarda Belarus(500 dolardan çox) bizdən öndə göstərilsə də, əgər nəzərə alsaq ki, gələn il Belarusda maaaşların "dondurulması” və 12-15 faiz inflyasiya gözlənilir, onda biz maaşların səviyyəsinə görə MDB-də 3-cü yerdə qala bilərik. Amma Azərbaycanın potensialı bundan da artığına çata bilər. 2013-cü ilin ortalarına postkommunist məkanı ölkələrində orta əmək haqqı  ABŞ dolları ilə


Çexiya 1300


Estoniya 1150


Bolqarıstan 1000


Rusiya 900


Qazaxıstan 640


Azərbaycan 530


Gürcüstan 420


Ukrayna 390


Belarus 310


Qırğızıstan 230


Tacikistan 120


Orta əmək haqqının səviyyəsinə münasibətdə iqtisadiyyatın müxtəlif sahələrində çalışanarın maaşları fərqlidir.Belə ki, rəsmi statistika məlumatlarına dörə,2012-si ildə orta əmək haqqının 400 manat olması fonunda mədənçıxarma sənayesində çalışanların əmək haqqı orta hesabla 1400 manat (dövlət bölməsində 991 manat, qeyri-dövlət bölməsində-1855manat), maliyyə və sığorta fəaliyyətində-1056 manat , informasiya və rabitədə-622 manat , peşə, elmi və texniki fəaliyyət sahəsində-616 manat, tikintidə-588manat, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı-549 daha yüksək olmuşdur. Dövlət qulluqçularının orta aylıq əmək haqqı 447manat təşkil etmişdir.Amma orda da az maaşlılar yetərincədir. Digər sahələrdə isə, məsələn,təhsildə- 287manat (əslində iş stajından asılı olaraq əksəriyyət 155-191 manat arasında maaş alır), kənd təsərrüfatında 201 manat( orta əmk haqqından 2 dəfə az), səhiyyədə 175 manat (orta əmk haqqından 2,3 dəfə az), yəni çox aşağı olmuşdır. Təhsil işçilərinin 4 faizi 2012-ci ilin noyabrında minimum əmək haqqı qədər, yəni 93,5 manat alıb. Müəllimlərin 36,5 faizi 150 manat qazanıb, 52,5 faizinin maaşı 500 manata qədər olub. Sözügedən məsələni beynəlxalq təşkilatların tədqiqatları konteksindən incələsək, Legatum Institutunun illik hesabatına görə, Azərbaycan "Qlobal Firavanlıq Indeksi”nə görə, 142 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki,həmin hesabatdakı siyahıda Azərbaycanın qonşularından Rusiya 61-ci, Gürcüstan 84-cü, Ermənistan 95-ci, Iran isə 101-ci yerdədir. Bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki,biz əmək haqqının səviyyəsinə görə, MDB məkanında 3-cü yerə çıxsaq da, Azərbaycanın potensial imkanları fonunda bu nəticə yetərli deyil. 

  Bizdə orta aylıq əmək haqqı 415 manata (532dollar) çatsa da, bu daha çox özəl sektorda maaşların dövlət sektorundakından yüksək olması hesabınadır. Özəl sektordakı ikili mühasibat vasitəsil gizlədilən maaşları da (özəl müəssisənin mühasibat sənədlərində rəsmən 200-250 manat göstərilsədə, konvertdə 700-800 manat maaş alanlar yetərincədər) bura əlavə etsək, həmin rəqəm daha da yüksək görünər.Bununla belə hələlik muzdla işləyənlərin xeyli hissəsi 200-250 manat arasında, ən yaxşı halda 300 manat maaş alır.Əgər nəzərə alsaq ki, gələn ildən bizdə yaşayış minimumu 125 manat olacaq, deməli ölkədə orta statistik maaşdan aşağı gəlirlər normal yaşamaq üçün kifatət deyil. Əhalinin az hissəsi öz leqal gəlirləri ilə normal şəkildə dolana,ipoteka kreditlərindən faydalana, bahalı səhiyyə və təhsil xidmətlərindən istifadə edə bilər,orta əmək haqqı səviyyəsində qazananlar da ortadan aşağı səviyyədə yaşaya bilər, qalan zümrələrin gəliriisə isə yalnız cari ehtiyaclarını ödəmək üçün həmin yetər. Təkcə onu xatırlatmaq kifayətdir ki,ötən ilin son aylarının nəticələrinə görə, əmək qabiliyyətli əhali ərzağa 168,75, pensiyaçılar 152,23, uşaqlar ünün isə 221,30 manat pul xərclənilib. Ona görə də fikrimizcə iki istiqamətdə sistemli işlərin görülməsinə ehtiyac vardır: Birincisi,iqtisadi fəallığı artırılmasına yönəlik islahatlar kontekstində əhalinin gəlirlərinin artırılması istiqamətində işlər intensivləşdirlməlidir.Əhalinin fəal və qabiliyyətli hissəsinə daha çox qazanmaqdan ötrü, hərtərəfli şərait yaradılmalıdır. Ölkədə,xüsusən də reğionlarımızda yüksək maaşlı iş yerlərinin açılmasına diqqət artırılması sahəsində işlər davam etdirilməlidir. 

  Büdcə təşkilatlarında çalışan müəllim,həkim,elm,mədəniyyət,incəsənət və digər sahələrdə çalışanların maaşlarının artırılması işi davam etdirilməlidir.Bununla paralel olaraq hökümət artan gəlirlərin,maaşların,pensiyaların süni qiymət artımının "yeminə” çevrilməsinin qarşısını almaqdan örü təsirli tədbrlər görməlidir. Qiymətlərin süni surətdə artırımlasının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan artıq ziyan vurur. Rəsmi statistika da etiraf edir ki, ipoteka kreditlərindən yalnız məhdud bir qrup faydalana bilər. 

Statistika Komitəsinin məlumatına görə, ayda 700-1700 manat qazananlar ,yəni işləyənlərin 6,3 faizi ipoteka ilə ev ala bilər. Ona görə də,ikincisi, əhalinin aztəminatlı təbəqəsinın sosial müdafiəsinin gücləndirilməsindən ötrü əlavə tədbirlər görülməlidir.Məsələn, əhalinin aztəminatlı təbəqəsi üçün "xalq evləri” tikilib, ayda 50-100 manat ödəməklə onlara verilməlidir. Orta əmək haqqının 415 manat, büdcə təşklatlarında çalışanların çoxunun maaşı 200-250 manat ətrafında olduğu bir şəraitdə təhsil haqqı 900- 4500 manat arasındadır. Təhsil kreditləri haqqında qanun qəbul edilməlidir ki, yoxsul ailələrdən çıxan istedadlı gənclər keyfiyyətli ali təhsil ala bilsin.

Teqlər:
Bu xəbər cəmi 1755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR