Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azercell ITU TELECOM WORLD-2013 sərgisində iştirak etdi

Azercell ITU TELECOM WORLD-2013 sərgisində iştirak etdi
Noyabrın 19-22-də Banqkokda ITU TELECOM WORLD ümumdünya telekommunikasiya sərgisi keçirildi. Bu tədbirə dünyanın hər yerindən dövlət strukturları və sənaye sahəsinin nümayəndələri qatılıb. Sərginin əsas məqsədi dinamik şəkildə inkişaf edən telekommunikasiya sektorunun imkanlarını, ən son texniki yenilikləri nümayiş etdirmək, ölkələr və şirkətlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir.


ITU TELECOM WORLD sərgisi dünyanın özəl və ictimai sektorunu, dövlət qurumları və innovativ şirkətlərini, şəbəkə operatorlarını bir araya gətirir. Bu il sərgidə iştirak üçün 7 min nümayəndə müraciət edib. Onlar həm öz məhsullarını nümayiş etdirir, həm də sərgi çərçivəsində keçirilən forumda aktual problemləri birgə müzakirə edərək bu sahənin aparıcı kompaniyaları ilə işgüzar əlaqələr qurmuş oldular.



Azərbaycanın telekommunikasiya sektorunun lideri olan Azercell Telekom da Respublikanin Rabitə və Informasiya Texnologiyalari Nazirliyinin dəvəti ilə ITU TELECOM WORLD sərgisinin iştirakçıları arasında olmuşdur. Sərgidə Azercell dünya səviyyəli innovativ texnologiyaları və onların əsasında abunəçilərin gündəlik həyatını daha da asanlaşdırmağa yönələn yeni xidmətləri nümayiş etdirdi.



Dünya İKT sərgisində Azercell tərəfindən təqdim olunan yeniliklərdən biri M2M (cihazdan-cihaza) texnologiyasıdir. M2M texnologiyası müəyyən sahədə göstəricilərin ölçülüb mobil şəbəkə vasitəsilə dərhal lazımi ünvana göndərilməsinə imkan verir. Bu texnologiya bankçılıq, nəqliyyat, təhlükəsizlik, neft və qaz sektoru, kommunal xidmətlər və digər sahələrdə arxayınlıqla istifadə olunur. M2M üzərindən çalışacaq yükləmələr və cihazlar abunəçilərə özlərinin müəyyən tibbi göstəricilərini ölçüb mobil şəbəkə vasitəsilə avtomatik olaraq həkimə göndərmək, enerjinin sərf olunma miqdarını ölçüb bazaya göndərmək, hava və başqa bir çox göstəriciləri avtomatik ölçüb birbaşa ekrana çıxarmaq imkanını verir. Hazırda Azərbaycanda M2M texnologiyası yalnız Azercell Telekom tərəfindən təqdim olunur.



Ümumdünya telekommunikasiya sərgisində Azercell Azərbaycanda ilk dəfə olaraq abunəçilərinə təqdim etdiyi Asan İmza (Mobil İmza) xidmətini də nümayiş etdirdi. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır. Asan Imza xidmətinin sürəti və rahatlığı bir çox dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri azaldır, xidmət istifadəçilərini yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Azərbaycanda bu xidmət mobil operatorlar arasında yalnız Azercell tərəfindən dəstəklənir.



ITU TELECOM WORLD-2013 sərgisində Azercell-in imkanları və nailiyyətləri haqqında da məlumat təqdim olundu. Qeyd olundu ki, Azərbaycanın lider mobil operatoru həm də ölkənin ən yüksək templə inkişaf edən telekommunikasiya şirkətidir. Bunu rəqəmlər də sübut edir. 2003-cü ildə 400 radio baza stansiyası olan Azerell hazırda ölkə üzrə 4 mindən çox RBS şəbəkəsinə malikdir. Azercell ölkədə ilk GPRS şəbəkənin qurucusu, rouminqdə ön ödəmə sistemini tətbiq edən ilk mobil operatordur. Azercell 21 Mbps sürətlə 3G texnologiyasını və nəhayət 4G texnologiyasını təqdim edən ilk və yeganə şirkətdir.



Hazırda Azercell Telekom-un şəbəkəsi ölkə ərazisinin 80 faizini əhatə edir. Şirkət tərəfindən indiyə kimi ölkə iqtisadiyyatına 1 milyard manat həcmində investisiya yatırılıb. Həmçinin,qeyri neft sektorunun ən iri vergi ödəyicisi olan Azercell-in fəaliyyəti illərində ödədiyi vergilərin də miqdarı 1 milyard manata çatıb. Azercell çoxsaylı ofisləri, nümayəndəlikləri ilə 12 min yeni iş yeri yaradılmasıni təmin edib.



Sərgidə Azercell-in həyata keçirdiyi sosial layihələr haqqında da məlumat verilib. İKT sahəsində gənc istedadların dəstəkləməsi ve bunun bariz nümunəsi kimi Barama İnnovasiya Mərkəzi barəsində informasiya açıqlanıb. Qeyd olunub ki, indiyə kimi 3 mindən çox gənc bu mərkəzdən yararlanıb. “Eurovision 2012” mahnı müsabiqəsinin əsas tərəfdaşı və sponsoru olan Azercell Telekom Dayanıqlılığa və Korporativ Sosial Məsuliyyətə böyük önəm verib, səhiyyə, təhsil, uşaqlara qayğı, ekologiya, idman və mədəniyyət sahələrində yüzlərlə bir-birindən maraqlı və faydalı layihələrin reallaşmasını dəstəkləyib. İndiyə kimi Azercell tərəfindən sosial layihələrin icrasına ümumilikdə 13 milyon manatdan artıq vəsait xərclənilib.



Qeyd edek ki, hər il dunyanin fərqli ölkələrində keçirilən ITU TELECOM WORLD sərgisinə gələn il Qətərin paytaxtı Doha şəhəri ev sahibliyi etməlidir. Daha ətraflı məlumat üçün [email protected]cript>
/* (function(){try{var s,a,i,j,r,c,l,b=document.getElementsByTagName("script");l=b[b.length-1].previousSibling;a=l.getAttribute('data-cfemail');if(a){s='';r=parseInt(a.substr(0,2),16);for(j=2;a.length-j;j+=2){c=parseInt(a.substr(j,2),16)^r;s+=String.fromCharCode(c);}s=document.createTextNode(s);l.parentNode.replaceChild(s,l);}}catch(e){}})();
/* ]]> */
ünvanına müraciət edə bilərsiniz


Teqlər:
Bu xəbər cəmi 1930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR