Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 40-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, noyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s, ongünlük normanın 66 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 141 m3/s və ongünlük normanın 76 faizini təşkil edib.
Noyabrın 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 73 m3/s təşkil edib və ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, noyabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Surrada isə 9 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2012-ci il noyabrın 25-də 443 sm), Şirvanda 173 sm (2012-ci il noyabrın 25-də 336 sm ), Salyanda 140 sm (2012-ci il noyabrın 25-də 287 sm ), Bankədə 193 sm (2012-ci il noyabrın 25-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2012-ci il
noyabrın 25-də 205 sm) təşkil edir.