Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əflatun Amaşov: Prezidentlə görüş böyük hadisədir

Əflatun Amaşov: Prezidentlə görüş böyük hadisədir
`Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü dövlətin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir`.


Azərbaycanın media nümayəndələrinin Prezident İlham Əliyevlə görüşü böyük hadisədir və bu, Azərbaycan dövlətinin medianın inkişafına böyük dəstəyi kimi qiymətləndirilməlidir.



 Yenimeydan.info  xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.



Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilmişdir. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.



1997-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülüb.

Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.



Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" elan edilib.



Ə.Amaşov bildirib ki, jurnalistlər Prezident İlham Əliyevi "Jurnalistlərin dostu" seçərkən təkcə onun mətbuata qayğısını nəzərə almayıblar, həmçinin dövlət başçısının xarici və daxili siyasətinin uğurunu qiymətləndiriblər.



Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan mediasının mövcud durumu ilə bağlı fikirlər səsləndirdi: "Dövlət başçısı görüşdə demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirdi. Media nümayəndələrinin sosial problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırdı. Prezident qeyd etdi ki, jurnalistlər ümumilli mənafeyə xidmət etməli, xarici təsirin altına düşməməlidir".



Ə.Amaşovun sözlərinə görə, bugünki görüşdə dövlət başçısının səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dövləti ayrlseçkilik qoymadan mediaya yardım göstərir və müstəqil medianın inkişafında maraqlıdır.



Ə.Amaşov, həmçinin görüşə bəzi KİV nümayəndələrinin dəvət edilməməsi ilə bağlı məsələyə də münasibətini açıqladı. Onun sözlərinə görə, görüşün formatı elə idi ki, ancaq medianın birinci şəxsləri iştirak etməliydi. Bəzi media orqanlarının birinci şəxsləri Azərbaycanda olmadıqları üçün görüşdə iştirak edə bilməyiblər: "Burada hər hansı ayrıseçkilikdən söhbət gedə bilməz".


Teqlər:
Bu xəbər cəmi 1820 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR