Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, yarıçlar Xəzər dənizinin sahilində Dövlət bayrağı meydanı ərazisindəki dörd kilometrlik trasda keçirilir.
Artıq birbaşa Azneft dairəsindən Bayıl qəsəbəsi və Bayraq meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.
Onun sözlərinə görə, sabah yarışın final mərhələsi başa çatanadək təhlükəsizliyin tam təmin edilməsi məqsədilə sürücülər, xüsusulə bölgədən paytaxta və paytaxtdan bölgəyə hərəkət edərkən alternativ yollardan istifadə etməlidir.
Əsədov bildirib ki, qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət təmin edilib.