Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Parisdə “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda sərgi açılıb

Parisdə “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda sərgi açılıb
Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgisi açılıb.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sərgidə iştirak edib.



Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, Fondun vitse-prezidenti Leyla Əliyevanı və qonaqları salamlamış, “Azərbaycan - tolerantlıq məkanı” adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirmişdir.



Səfir ekspozisiyadakı fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu nümayiş etdirdiyini bildirmiş, sərginin bir qədər əvvəl UNESCO-da keçirildiyini xatırlatmışdır.



Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirmişdir ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və nadir formasının yaranmasına səbəb olmuşdur.



Leyla Əliyeva qeyd etmişdir ki, multikulturalizm və etnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu xüsusiyyətin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.



Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan zəngin təəssürat aldığını bildirmiş və qeyd etmişdir ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilmiş Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar.



Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırlatmış, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulamış, bütün dünyada təhdidlərin hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkmişdir.



İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşmış mədəni və dini müxtəlifliyin nadir harmoniyasının yaranmasına nail olmuşdur. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.



Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsinin müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirmiş və torpaqlarımızın tezliklə azad olunmasına çağırmışdır.



Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati tədbirin iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada nadir modellərdən biri olduğunu vurğulamış, Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.



Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, UNESCO-nun baş direktoru İrina Bokova, Parisin VII rayonunun meri Rəşidə Dati, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak etmişdir.


Teqlər:
Bu xəbər cəmi 1910 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR