Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“TuranBank”ın aktivləri 15%-dək artıb

“TuranBank”ın aktivləri 15%-dək artıb
2013-cü ilin noyabrın 1-nə “TuranBank”ın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,85%, ilin əvvəli ilə müqayisədə isə 9,33% artaraq 237,33 mln. manat təşkil edib.


Hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 13,88%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 18,09% artaraq 183,671 mln. manata çatıb.



Cari ilin yanvar-oktyabr ayları üzrə bankın müştəri hesabları və depozit portfeli 104,1 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 32,6% artaraq 57,536 mln. manat olub.



1 noyabr 2013-cü il tarixinə bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,34% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 42,79%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 33,79% artaraq 45,5 mln. manat təşkil edib.



Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.   



2013-cü ilin yanvar-oktyabr ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 22,7 mln. manat, xərcləri isə 18,085 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 4,615 mln. manat olub.


Teqlər:
Bu xəbər cəmi 2550 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR