Məlumatda bildirilir ki, nazir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları
tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürmək qərarına gəlib.
Hətta bununla bağlı nazirlikdə xüsusi komissiya yaradılıb.
Bildirilir ki, "xidmətə yararsız" adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyatı qurumlarda araşdırmalar aparılacaq.
Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq.
Komissiyaya kimin rəhbərlik edəcəyi hələ ki, bəlli olmasa da, həmin şəxsin adının yaxın günlərdə açıqlanacağı bildirilir.