Dərgi “Evolution”, yəni təkamül adlanır.
“Evolution” dərgisinin gələn ilin fevral-mart aylarında Azərbaycan bazarında öz yerini tutacağı gözlənilir.
Buna baxmayaraq, dərgi öz fəaliyyətlərinə artıq başlayıb. Belə ki, sosial şəbəkələrdə (İnstagram, Facebook) “Evolution” adı altında yavaş-yavaş öz fəaliyyətinə başlamış dərgi, bundan başqa müxtəlif vakansiyalar üzrə iş yerlərinin elanını da verib.
Belə ki, dərgi heyəti, 24 noyabr tarixində həvəskarlarla görüş keçirəcək. Görüşün mahiyyəti haqqında danışan layihə rəhbəri İlkin Həsəninin sözlərinə görə, bu görüş yeni və bu sahəyə layiqli bir dərgi ortaya çıxarmaq üçün onlara məqalə yazarları üçün seçim etmək imkanı tanıyacaq. İ.Həsəni, dərginin oyun və texnologiya sahələrini birləşdirən və habelə Azərbaycanda oyun sahəsində də fəaliyyət göstərən ilk dərgi olacağını vurğulayıb.