Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir

Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir


Yaxın vaxtlarda Şamaxıdan Qubaya və digər şimal rayonlarına getmək üçün paytaxtdan keçməyə ehtiyac qalmayacaq.Hazırda Böyük Qafqaz dağlarının arası ilə, 13 kilometr uzunluğu olan Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun çəkilişi həyata keçirilir. Bu yol həm də Şamaxı-Quba avtomobil yolunun başlanğıcı hesab edilir. Sərt qayalıqlardan və dağ çaylarının üzərindən keçəcək Şamaxı-Quba avtomobil yolunun uzunluğu 110 kilometr, eni 12 metr olacaq.

İş icraçısı Rövşən Babayev bildirib ki, bu layihə reallaşdıqdan sonra artıq Şimal, Şimal-Qərb və Şirvan bölgələri üzrə hərəkət edən avtomobillər 200 kilometr az yol qət edəcək və Bakı şəhərinə daxil olmadan birbaşa regionlararası marşrutlar üzrə hərəkət edə biləcəklər. Müasir tələblərə cavab verəcək formada inşa olunacaq yeni yol respublikanın 2 regionunu birləşdirməklə yanaşı, Şamaxı və Quba rayonlarının ucqar dağ kəndlərində yaşayan əhalinin yol problemini də aradan qaldıracaq.

Şamaxı-Quba yolunun eyni zamanda bölgədə yeni turizm marşrutlarının açılmasına xidmət edəcəyi bildirilir. Belə ki, Böyük Qafqaz dağlarını kəsib keçəcək yol boyu yeni turizm obyektlərinin yaradılması nəzərdə tutulur.


Teqlər:
Bu xəbər cəmi 2040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR