Noyabrın 21-də axşam saatlarında Riqada supermarketdə baş verən qəza nəticəsində 50 nəfər dağıntı altında qalıb.
Riqada supermarketin binasında baş verən uçqun nəticəsində ölənlərin sayı 16-yə çatıb.
Yaralılarında sayının isə artıq 30 nəfər olduğu bildirilir. Onların bir çoxunun vəziyyəti ağırdır.
***
00:27
21 noyabrda, axşam Riqadakı Maxima ticarət mərkəzinin tavanının dağılması nəticəsində 50 nəfərə qədər adam dağıntı altında qalıb.
Artıq 2 nəfərin öldüyü, 15 nəfərin xəsarət aldığı dəqiqləşdirilib. Riqanın meri Andris Ameriksin dediyinə görə dükandan heç nə qalmayıb, dağıntının həcmi təqribən 500 kvadratmetr sahəni əhatə edir.
Hadisə yerində xilasedicilər, hərbiçilər və kinoloqlar itlərlə axtarış aparırlar. Onlar uçqun altında qalanları sağ çıxarmağa çalışırlar.
Hadisənin başvermə səbəbləri hələ ki, müəyyənləşməyib.
Maxsimada partlayış baş verməsi barədə xəbər yayılsa da, yerli vətəndaşlar iddia edirlər ki, tavanın uçmasına səbəb ticarət mərkəzinin üstündə aparılan tikinti-quraşdırma işləri olub, belə ki, marketin sahibləri binanın damında bağ salmaq istəyirmişlər.
Analojı hadısə həmin gün, gündüz Rusiyada da baş verib. Belə ki, Rostov vilayətində avtosalonun tavanı camaatın başına tökülüb. 10 nəfər yaralanıb.