Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rafiq Əliyev «Azpetrol»un «İçəri Şəhər»dəki ofisini geri aldı – Eksküliziv

Rafiq Əliyev «Azpetrol»un «İçəri Şəhər»dəki ofisini geri aldı –  Eksküliziv
Noyabrın 4-də «Azpetrol» Şirkətlər qrupu 15 ilə yaxındır istifadə etdiyi baş ofisindən çıxdı. İçərişədərdə yerləşən ofis isə keçmiş «Azpetrol» rəhbəri Rafiq Əliyevə qaytarılıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, oktyabrın 15-də dövlət başçısının əfv fərmanı ilə azadlığa çıxan sabiq «Azpetrol» rəhbəri İçərişəhərdəki baş ofisi geri istəyib. Saytımıza daxil olan məlumata görə, Rafiq Əliyevin şəxsi mülkiyyətində olan bu ofis 8 il heç bir icarə müqaviləsi ödənilmədən «Azpetrol»un istifadəysindəymiş. İnformasiyada bildirilir ki, həbsdən çıxandan dərhal sonra R.Əliyev mülkünü geri istəyib. Geri qaytarılmayacağı təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirib. Bundan sonra şirkət rəhbərliyi 10 gün ərzində tələsik yeni ofisə köçüb. Şirkət ətai rayonu, Afiyəddin Cəlilov küçəsindəki “Yeni Həyat” yaşayış komleksinə köçüb. “Azpetrol” şirkətinin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu yeni ofisin 2 ilə yaxındır ki, alındığını və təmir işləri aparıldığını bildirmişdi: “İçəri Şəhərdəki ofisimiz balaca idi. Ona görə də “Yeni həyat” Yaşayış Kompleksində ofislər üçün nəzərdə tutulan binanın 27 və 28-ci mərtəbələrinə köçdük”. Lakin saytımıza məlumat verən mənbə iddia edir ki, əslində «Azpetrol»un «Yeni Həyat»dakı ofisi heç də şirkət tərəfindən təmir olunmayıb. Təmir edilmiş ofis çox baha olmasına baxmayaraq tələsik icarəyə götürülüb. GUNDEMİNFO.AZ-ın əldə etdiyi məlumatda daha sonra bildirilir ki, artıq Rafiq Əliyev İçərişəhərdəki ofisinə hər səhər işə gəlir və hələlik məlum olmayan fəaliyyətlə məşğuldur. Bildirilir ki, sabiq «Azpetrol» şefinin ofisinin qapısında iki idmançı görkəmli mühafizəçi də var və onlar R.Əliyevin yanına gələn çox az adamı içəri alırlar.








 


Teqlər:
Bu xəbər cəmi 4030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR