Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır.
Noyabrın 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
A.Verdiyev bildirib ki, yaxın 3 gün ərzində respublika ərazisində hava şəraitində elə ciddi dəyişiklik gözlənilmir. Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.