“Bayer”, “Herta”, “Hamburq” və “Hannover 96” kimi klubların aşağı yaş qruplarında oynayan Karan "Alemanniya" klubuna transfer olunmuş və 2008-ci ilin 1 iyulunda, 20 yaşında futbolçu karyerasını bitirmişdi. "Bild"ə açıqlama verən futbolçunun bacısı Zühal bildirib ki, qardaşı futbolu buraxdıqdan sonra yalnız cihad barədə danışırmış. Federal Prokurorluq bir müddət əvvəl Burakı "Əl Qaidə" terror təşkilatı ilə əlaqəsi olduğu üçün təqib etməyə başlasa da, həbs etməyib. Futbolçu bir müddət öncə vəsait toplayaraq, Suriyada hakimiyyətə qarşı vuruşanlara göndərib. Lakin vəsaitin ünvana çatmadığını öyrənən Karan 7 ay öncə ailəsi və 2 uşağını götürərək, Suriyanın Türkiyə ilə sərhəddinə üz tutub. Burada döyüşçülərə qoşulan sabiq futbolçunun bəxti gətirməyib. Oktyabrın 11-də isə Türkiyə sərhəddinin yaxınlığında yerləşən Aziz qəsəbəsinə bağlı bir kənddə hökumət qüvvələrinin bombardmanı zamanı həlak olub.
Xəbərdə bildirilir ki, hazırda Burakın qardaşı Mustafa onun 23 yaşlı həyat yoldaşı Gülsümü, 3 yaşlı oğlu Abdullahı və 10 aylıq Abdurrahmanı qaçqın sığınacaqlarında axtarır.