Təqdimat ASAIF-in nümayəndələri Emil Eminov və Əbülfəz Hacızadə tərəfindən keçirildi.
Təqdimatda Oklahoma universitetinin tələbə heyəti ilə yanaşı, beynəlxalq heyətin prezidenti iştirak edərək nitq söyləyib.
Oklahoma universitetində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı əyani təbliğat materiallarının nümayişi ilə yanaşı, ölkəmizdə gedən yenidənqurma və abadlıq işləri ilə bağlı fotoşəkillər də sərgilənib.
Tədbirin sonunda ASAIF-in tarixindən və fəaliyyətindən danışılıb.
Gənclər ASAIF-in fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən son layihələr haqda ətraflı məlumat verib.
Eyni zamanda ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib və qeyd edilib ki, bu gün gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlara imza atır, Azərbaycanı beynəlxalq səviyyədə ləyaqətlə təmsil edirlər.
Qeyd edək ki, əsas məqsəd Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini bir daha xarici auditoriyaya təqdim etmək, ölkənin zəngin irsini nümayiş etdirmək və eləcə də Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini xarici vətəndaşlara çatdırmaq olub.