Tatar-İnform" agentliyinin məlumatına görə, ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov da olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.Hadisənin baş vermə səbəbləri araşdırılır.Qəza yerli vaxtla saat 19:25-də baş verib.
***
"Qafqazinfo" xəbər verir ki, 23 yaşlı İrek Minnixanov Tatarıstan prezidentinin böyük oğludur.
Bir neçə ay əvvəl mətbuatda Minnixanovun özündən iki yaş böyük fransız xanımla eşq yaşadığı barədə də məlumatlar yer almışdı.