Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident qızının Ronaldo ilə eşq macərası

Prezident qızının Ronaldo ilə eşq macərası


Özbəkistanın hakim ailəsində baş verənlər, prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanı döyməsi və onun yaxın çevrəsinə, biznesinə qarşı repressiyalar başlatması ilə müşayiət olunan çəkişmələr haqda yeni sensasion məlumatlar üzə çıxıb.

Bu barədə ilk dəfə bütün detalları ilə “Forbes Qazaxıstan” jurnalında yazan naməlum politoloq Usman Haqnazarov yeni sensasion məqalə ilə çıxış edib.

Virtualaz.org saytı həmin nəşrə istinadən xəbər verir ki, Haqnazarovun (əslində bu adda adamın mövcud olduğu naməlumdur, istisna deyil ki, Kərimovun ailəsində baş verənləri bütün detalları ilə təsvir edən müəllif şərti olaraq bu addan istifadə edir-red.) məqaləsi bu dəfə  müxalif Özbəkistan Xalq Hərəkatının (mühacirətdə fəaliyyət göstərir-red.) saytında dərc olunub

“İslam Kərimov ailəsinin pullarını Argentinaya yerləşdirir?” başlıqlı məqalədə deyilir:

İslam Kərimovun məxfi "Argentina planı"

22 oktyabr, 2013-cü ildə özbək xüsusi xidmətinin rəhbəri Rüstəm İnoyatov prezident İ.Kərimova Gülnarə Kərimovanın adına olan bank hesablarındakı vəsaitlərə dərhal həbs qoymağı və Özbəkistana qaytarmağı təklif edib. Məqsəd vəsaitlərin daha sonra Argentinaya köçürülməsini təmin etmək idi.

“Biz bu prosesi (dörd mərhələdən ibarət planı) yekunlaşdıranda siz sakit şəkildə həmin pulları offşor zonalar üzərindən Argentinaya göndərə bilərsiniz” - deyə Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri R.İnoyatov böyük qızının milyardlarla dollarlıq vəsaitlərinin taleyindən bərk narahat olan İslam Kərimova təklif edib.

Bununla da Özbəkistanın baş çekisti Kərimovlar ailəsi tərəfindən hələ 2000-ci illərin əvvəllərində işlənib hazırlanmış gizli "Argentina layihəsi"nin maliyyə mərhələsinin həyata keçirilməsinə başlayıb.

Qeyd etmək lazımdır ki, Kərimovlar ailəsinin maliyyyə vasitələrinin yekunda Argentinaya transfer edilməsi və ailənin özünün də bu ölkəyə yerləşməsi planının icrası İslam Kərimov tərəfindən hələ 2003-2004-cü illərdə başladılıb. Bu planının mahiyyəti barədə bütün prezident ailəsi məlumatlıdır, onun bəzi mərhələlərinin işlənib hazırlanmasında Gülnarə Kərimova da iştirak edib.

Məsələ ondadır ki, 2003-cü ilin avqustunda İslam Kərimov Ümumdünya Buxara Yəhudiləri Konqresinin rəhbəri Boris Kandovdan xahiş edib ki, Kərimovlar ailəsi “Özbəkistanı tərk edəcəkləri halda” onlara yaşamağa ən təhlükəsiz ölkə təklif etsin, yaxud axtarıb tapsın. Kandov Kərimova belə ölkə olaraq dərhal Argentinanı təklif edir.

Və 2003-cü ilin avqustundan etibarən Kərimovlar ailəsinin gizli emissarları, xüsusən Özbəkistan XİN-in əməkdaşları, o cümlədən Gülnarə Kərimova özü Argentina hakimiyyətinə “Özbəkistandakı siyasi vəziyyətin mümkün pisləşməsi halında” Kərimovlar ailəsinə ömürlük sığınacaq verilməsi məsələsi ilə bağlı müraciət etməyə başlayır. Başqa sözlə desək, artıq 2003-cü ildə İslam Kərimov və ailəsi Özbəkistandan qaçmaq variantına hazırlaşmağa başlayıblar.

Qeyd etmək zəruridir ki, Kərimovlar ailəsinin Argentina hakimiyyəti ilə əlaqələr qurmasında təkcə Ümumdünya Buxara Yəhudiləri Konqresinin yox, Argentina Yəhudi Komitəsinin də rəhbərliyi böyük rol oynayıb.

Argentina kəşfiyyatı Kərimovun Braziliyaya səfərini təşkil edir

2003-cü ilin payızından etibarən Argentina hakimiyyəti İslam Kərimovun ailəsi ilə bağlı ciddi araşdırmalara başlayıb. Məhz həmin ilin payızından Argentinanın xüsusi xidmət orqanı olan Kəşfiyyat Katibliyi (Secretaría de İnteligencia - Sİ və ya SİDE) Kərimovlar ailəsinin ümumi maliyyə vəsaitlərinin həcmi barədə məlumat toplamağa başlayıb.

Artıq 2004-cü ilin yazında Argentinanın İqtisadiyyat Nazirliyinin Maliyyə Kəşfiyyatı İdarəsi də bu işə qoşulub. Belə ki, Argentina xüsusi xidmət orqanı çox tezliklə Kərimovlar ailəsinin çirkli pulların yuyulması və narkotik ticarəti kimi cinayətlərə qarışdığını aşkara çıxarmışdı.

2005-ci ilin ortalarında, yəni Əndican hadisələrindən sonra Argentina hakimiyyəti Kərimovlar ailəsi ilə danışıqları müvəqqəti dayandırıb. Çünki Argentina hakimiyyəti Əndican qırğınları ilə bağlı beynəlxalq araşdırma tələb edən ABŞ-ın qəzəbindən qorxurdu.

İki ölkə arasında danışıqlar 2008-ci ilin payızında, yəni Vaşinqtonla Kərimov rejimi arasında münasibətlər istiləşəndə başladı.

SİDE-nin təklifi ilə tərəflər tezliklə belə razılaşma əldə etdilər ki, Kərimovlar ailəsinə sığınacaq verilməsi məsələsinin yekunlaşdırılması və birdəfəlik həlli üçün İslam Kərimovun Argentinaya qonşu ölkələrdən birinə rəsmi səfəri təşkil olunmalıdır. Argentina xüsusi xidmət orqanlarının təklifi ilə tərəflər arasında yekun danışıqların keçiriləcəyi ölkə kimi qonşu Braziliya seçildi. Argentina tərəfi Braziliya rəhbərliyinin Özbəkistan prezidentinə rəsmi dəvət göndərməsini təşkil etməyi üzərinə götürdü.

Və 2009-cu ilin yanvarında Özbəkistan XİN-in səyləri ilə Braziliya Federativ Respublikasının prezidenti Luisa İnasiu Lula da Silvanın adından İslam Kərimovun adına dəvət göndərilir. Dəvətdə xahiş olunur ki, İslam Kərimov Braziliyaya rəsmi səfər etsin. Və həmin ilin mayında İslam Kərimov Braziliyaya səfər edir.

Qeyd etmək zəruridir ki, həmin səfər zamanı Özbəkistan və Braziliya hakimiyyətləri arasında üç günlük danışıqlar formal xarakter daşıyırdı. Çünki tərəflər bilirdi ki, Özbəkistan prezidentinin Braziliyaya səfərinin əsas məqsədi Argentina emissarları ilə görüşmək idi. 2009-cu il mayın 27-dən mayın 29-na qədər davam edən Braziliya səfəri zamanı özbək tərəfi gündüzlər Braziliya nümayəndələri ilə dırnaqarası “danışıqlar” aparır, axşamlar isə SİDE emissarları ilə real dialoq qururdu. Beləliklə...

Kərimovla SİDE emissarı arasında Rio-de-Janeyro danışıqları

Qeyd etmək zəruridir ki, Argentina tərəfi ilə danışıqların təşkilindən əvvəl prezident İslam Kərimov SİDE direktorunun Rio-de-Janeyroya göndərilməsini inadla və davamlı şəkildə xahiş edirdi. Lakin SİDE direktoru Ektor İkatsuriaqa (Héctor İcazuriaga) Braziliyaya getməkdən qəti imtina edib. Ektor İkatsuriaqa (aşağıdakı şəklə bax-red.) bildirib ki, onun səfəri planlaşdırılmış danışıqların məxfiliyini poza bilər.

İslam Kərimovla dialoqa Argentina İqtisadiyyat Nazirliyinin Maliyyə Kəşiyyatı İdarəsinin direktoru göndərilir (təəssüf ki, bu emissarın adı bizə məlum deyil-müəl.).

Üç günlük danışıqlar zamanı Argentina xüsusi xidmət orqanlarının emissarı Kərimovlar ailəsinə sığınacaq verilməsi üçün əsas şərt irəli sürüb: prezident ailəsinin bütün sərvətinin 30 faizi Argentina büdcəsinə köçürülməlidir.

“Əgər nəzərə alsaq ki sizin ailənizin üzvlərinin cəmi sərvəti 20 milyard dollardan çoxdur, o zaman siz bizə 6 milyard dollar verməlisiniz” - deyə emissar Özbəkistan prezidentinə bildirir.

Emissar deyir ki, ödənilən vəsaitin bir hissəsi Kərimovlar ailəsinin bütün üzvlərinin Argentinaya gəlişlərindən etibarən 10 il ərzində təhlükəsizliyinin təmin edilməsinə sərf olunacaq.

“Bundan əlavə, bu 6 milyardın bir hissəsi sizin ailənizin üzvlərinə Argentina adlarının və familiyalarının verilməsinə, həmçinin Argentina pasportları ilə təminatına xərclənəcək” - deyə emissar bildirib.

Özbəkistan prezidenti Argentina tərəfinin əsas şərti ilə razılaşıb. İslam Kərimovun Argentina xüsusi xidmət emissarı ilə danışıqları "Copacabana Palace Hotel"də baş tutub (aşağıdakı həmin otelin fotosudur-red.).

Yeri gəlmişkən, həmin danışıqlarda tərcüməçi qismində Gülnarə Kərimova da iştirak edib.

Gülnarənin səhvi və Rusiya kəşfiyyatının qisası

Braziliyaya səfərdən sonra İslam Kərimov ailəsinin qalan üzvlərini məlumatlandırır ki, ailənin bütün pulları sonda Argentina banklarına köçürüləcək. Lakin son illərdə Gülnarə Kərimova ehtiyatsızlığa yol verməyə başladı və “MTS-Özbəkistan” mobil rabitə operatoruna hücum etdi.

Bundan sonra o, Rusiya hakimiyyətinin və xüsusi xidmətlərinin qəzəbinə düçar oldu, nəticədə onlar Rüstəm İnoyatovla birgə Gülnarə Kərimovanın beynəlxalq imicinin “qayğısına qalmağa” başladılar. Onun “TeliaSonera” şirkəti ("Azərcell"in də sahibi olan İsveç telekommunikasiya nəhəngi-virtualaz.org) ilə maliyyə maxinasiyalarının açılmasına şərait yaratdılar.

Nəticədə İsveçin, Fransanın və İsveçrənin prokurorluq orqanları Gülnarə Kərimovanın vəsaitlərinin ovuna çıxdılar.

Kərimovlar ailəsinin ümumi kassasından bir neçə milyard dolların itirilməsi təhlükəsi yarandı.

Özbəkistan prezidenti nəinki bu milyardların taleyindən, eyni zamanda "Argentina planı"nın uğurla reallaşmasının baş tutmayacağından narahat olmağa başladı. Axı ailənin bu ölkədə sığınacaq almasının əsas şərti Argentina xəzinəsinə 6 milyard dolların ödənilməsi idi.

İndi prezident İslam Kərimov Gülnarə Kərimovanın bütün biznes strukturlarını bağlamağı əmr edərək həmin biznes imperiyası üzərində tezliklə qurama məhkəmə keçirilməsinə, böyük qızının Avropadakı hesablarındakı pullara həbs qoyulmasına, Özbəkistana qaytarılmasına və əvvəlcə offşor zonalara, oradan Argentinaya köçürülməsinə çalışır.

Lakin yuxarıda qeyd olunduğu kimi, Gülnarə Kərimova atasının və Rüstəm İnoyatovun bu planı haqda xəbərdar deyil. Ona görə də yorulmadan onu diktatorluqda günahlandırır, fikirləşir ki, pullarını birdəfəlik əlindən alacaq. Onun sosial şəbəkələrdə hədsiz fəallaşması da bununla bağlıdır. Nəhayət, Gülnarənin opponentlərinə twitt-atəşləri barədə...

Bu məqalədə biz Gülnarə Kərimovanın twitter sosial şəbəkəsindəki fəallığının üzərində dayanmağı qərara aldıq. Orada o, Milli Təhlükəsizlik Xidmətindəki işgəncələr, Özbəkistan hakimiyyətinin özbaşınalığı və s. haqda yazır. Lakin onun yazdıqları ancaq sadəlövhlər və obıvatellər üçün sensasiyadır. Məlumatlı adamlar onun hər twitinə əks suallar və arqumentlər qoya bilər.

Əgər biz vaxtımızı twitter.com-da keçirsəydik, Gülnarə Kərimovaya bir-iki sual verərdik. Məsələn, Gülnarə Kərimova bəyan edib ki, onun kiçik bacısı Lola və anası Tatyana Kərimova satanizmlə məşğuldur, tez-tez cadugərin xidmətindən istifadə edir. Bu, doğrudan da belədir.

Gülnarə və qazaxıstanlı cadugər

Lakin Gülnarə Kərimova bu haqda heç nə demir ki, 10-12 il qabaq Lolanı cadugərlə məhz o, özü tanış etmişdi. Gülnarə Kərimova ictimaiyyətə niyə onu deməsin ki, Kərimovlar ailəsində cadugərin xidmətindən ilk dəfə o, özü istifadə edib?

Məsələn, Qazaxıstandan olan məşhur cadugər Atxam Yuldaşovla öz bacısını və anasını məhz Gülnarə tanış edib.

Gülnarə Kərimova yerli və beynəlxalq ictimaiyyətə niyə demir ki, Atxam Yuldaşovla o məhz birgə yaşadığı Rüstım Madumarov vasitəsilə tanış olub?! Məsələ bundadır ki, 2005-2006-cı illərdə Madumarovla Kərimova arasında münasibətlər soyuyanda “Dado” qrupunun solisti olan Rüstəm Madumarov müğənni Yulduz Usmanovanın vasitəsilə Atxam Yuldaşova çıxır, xahiş edir ki, cadugər onların münasibətlərini düzəltsin.

Qeyd etmək lazımdır ki, bu şaman Kərimovlar ailəsinə məhz özbək şou-biznesinin nümayəndələrinin vasitəsilə daxil ola bilib. Ailə müntəzəm olaraq onun xidmətlərindən istifadə edir. Hətta elə hal olub ki, Atxam Yuldaşov da Gülnarə Kərimovanın xidmətlərindən istifadə edib. Məsələn, 5-6 il əvvəl müğənni Yulduz Usmanova Atxam Yuldaşova eyham vurub ki, qazaxıstanlı müğənninin düz-əməlli səsi yoxdur və o, Özbəkistanın “İstiqlal” dövlət sarayının səhnəsində konsert verməyə layiq deyil.

Onda A.Yuldaşev Gülnarə Kərimovaya Yulduz Usmanovanın “ulduz xəstəliyinə” tutulması haqda məruzə edir və onu böyük səhnədən kənarlaşdırmağı xahiş edir. Onda Gülnarə Kərimova niyə yazmır ki, məhz qazaxıstanlı cadugərin xahişi ilə Yulduz Usmanovanı dövlət səhnəsindən çölə atıb?!

Gülnarə Kərimova niyə demir ki, Atxam Yuldaşovun xidmətlərindən bütün Özbəkistan “verxuşkası” istifadə edir, o cümlədən baş nazir Şövkət Mirziyev və nazir müavinləri?!

Məşhur futbolçu Kriştian Ronaldo ilə Gülnarənin çılğın gecəsi

Bu günlərdə Gülnarə Kərimova heç nədən sosial şəbəkədə müsəlman geyimində fotolarını yaydı. Bu fotoları şərh edərkən yazdı ki, İslam qaydalarına əməl edir və hər gün səhərlər namaz qılır.

Maraqlıdır, 2009-cu il, dekabrın 22-dən 23-nə keçən gecə hansı İslam adətləri Gülnarə Kərimovanı məcbur etmişdi ki, məşhur portuqaliyalı futbolçu Kriştian Ronaldo ilə Daşkənd iqamətgahında yatsın?! O, dekabrın 23-də səhər tezdən, məşhur futbolçu ilə keçirdiyi çılğın gecədən sonra da namaz qıldımı?!

Biz məmuniyyətlə internetdə bu gecənin videokadrlarını yerləşdirə bilərdik. Lakin bizə bu videokompromatı təqdim edən mənbələrimizi zərbə altında qoymaq istəmirik. Əgər istəsə, Gülnarə Kərimova bu videkompromatı ya öz təhlükəsizlik xidmətinin rəhbəri Hayot Şərifxocayevdən, ya da MTX rəhbəri Rüstəm İnoyatovun özündən ala bilər. Nəhayət...

yuxarıda qeyd olunduğu kimi, Gülnarə Kərimovanın biznes strukturlarına qarşı indiki təzyiqlərin əsl məqsədi və Özbəkistanın hakim ailəsindəki çaxnaşma İslam Kərimovun Avropada üstünə həbs qoyula biləcək bir neçə milyard dollarla bağlı narahatlığından irəli gəlir. Məqsəd bu pulları xilas edib Argentinada yerləşdirməkdir. Ona görə də geniş kütlələr aldanmamalıdır, ortada hər hansı vətənpərvərlikdən və təmizlikdən söhbət getmir!

Lakin Rüstəm İnoyatovun Gülnarə Kərimova barədə kompromatları atasına təqdim etmək üçün münasib vaxt seçməsini, pulların Argentinaya köçürülmək üçün geri qaytarılmasını təşkil etməsini qeyd etmək lazımdır. Axı bununla İnoyatov özünü prezidentin böyük qızının qənimi yox, İslam Kərimova sadiq adam kimi qələmə verə bilib.

Sonda bu suala da aydınlıq gətirmək istərdik: İslam Kərimov mümkün sığınacaq üçün niyə məhz Argentinanı seçib?

Argentina variantının Kərimova Ümumdünya Buxara Yəhudiləri Konqresinin rəhbərliyi tərəfindən təklif edildiyini nəzərə alsaq, aydın olur ki, bu ölkədə mason lojasının və dünya sionizminə xidmət edən digər strukturların mövqeləri möhkəmdir. Argentinada sionizmin dərin kök salmasını bu fakt da təsdiq edir ki, 1946-cı ildən bəri bu ölkənin xüsusi xidmət strukturunun rəhbərliyində yalnız etnik yəhudilər olur: Rudolf Freyd, Roberto Levinqton, Ramon Kamps, Anibal Qordon və başqaları. SİDE-nin indiki direktoru Ektor İkatsuriaqa da etnik yəhudidir.

Qeyd etmək lazımdır ki, SİDE faktiki olaraq İsrail xüsusi xidmət orqanı MOSSAD-ın Cənubi Amerikadakı strukturudur. SİDE-nin qeyri-rəsmi kuratorlarından biri də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsidir. Argentina özü isə dünya sinonizminin Cənubi Amerikadakı dayağıdır. Vaxtilə İsrail və Amerika hakimiyyətlərinin sifarişi ilə Argentina xüsusi xidmət orqanları bütün Cənubi Amerika kontingentu boyu müxalifət qüvvələrini məhv edirdi. Məsələn, Amerika xüsusi xidmət orqanlarının sifarişi ilə SİDE məşhur inqilabçı Çe Gevaranın cəsədini eybəcər hala saldı, onun əllərini kəsdi və cəsədin sifətinə sulfat turşusu tökdü.

Yaddan çıxarmaq lazım deyil ki, Argentinanın maliyyə mənbələrindən biri diktatorlara və bütün kateqoriyadan olan cinayətkarlara sığınacaq verməkdir. Məsələn, II dünya müharibəsindən sonra Argentina nasist Almaniyasının liderlərinə də sığınacaq verdi, əvəzində onlardan böyük məbləğlərdə vəsait aldı. Bax buna görə də Ümumdünya Buxara Yəhudiləri Konqresinin rəhbəri Boris Kandov İslam Kərimova sığınmağa ən təhlükəsiz ölkə kimi Argentinanı təklif edib.

İslam Kərimovun və ailəsinin tezliklə Argentinaya qaçmasında Rüstəm İnoyatov da maraqlıdır. O, planın ilk mərhələsini - pulların Argentinaya transferinin başlamasını səbirsizliklə gözləyir. Bu mərhələ başlayan kimi İnoyatov və “kontoru” üçün ölkədə kütləvi etirazlar və hökumət əleyhinə çıxışlar başlatmaq çətin deyil. Belə olan halda İnoyatov ölkənin yeganə sahibinə çevriləcək və Kərimovun yerinə öz klanından birini yerləşdirəcək.


Teqlər:
Bu xəbər cəmi 3490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR