Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra başçısı təhsil işçisini məhkəməyə verdi; Şikayətçi «Allahdan qorxun» deyir

İcra başçısı təhsil işçisini məhkəməyə verdi; Şikayətçi «Allahdan qorxun» deyir
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev vəzifəli şəxsləri sərt tənqid etməsinin, deyəsən, Laçın Rayon İcra Hakimiyyətinin başısı Ramiz Cəbrayılov üçün əhəmiyyəti olmayıb. O, rayondakı narazılığı aradan qaldırmaq, narazı vətəndaşları dinləyib, problemlərinə məlhəm olmaq əvəzinə, əksinə, konflikti dərinləşdirmək yolunu seçib.


Bu barədə mia.az-a məktub yazan rayon təhsil şöbəsinin sabiq metodisti Müqabil Baxışovun sözlərinə görə, icra başçısı onu yenidən həbs etdirmək istəyir: «Mənim ölkə rəhbərliyinə çoxsaylı müraciətlərimdən bilirsiniz ki, məni qanunsuz şəkildə işdən ərizə yazıb getməyə məcbur edən, daha sonra isə qondarma ittihamla (xuliqanlıq) həbs etdirən Ramiz Cəbrayılov olub. Həbsdən yeni çıxsam da, Ramiz Cəbrayılov yenidən məni həbs etdirməyə çalışır. Üzümü dövlət orqanlarına və KİV-lərə tutub soruşuram: Axı, aidiyyatı orqanlar nəyə görə gözləmə mövqeyində dayanırlar ki, R.Cəbrayılov məni həbs etdirsin?».



Şikayətçi bildirir ki, bu gün Laçın Rayon Məhkəməsindən çağriş alıb: «Ramiz Cəbrayılov məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Sözsüz ki, qərar R.Cəbrayılovun xeyrinə olacaq. Rayon məhkəməsinin onun əleyhinə qərar verəcəyinə, yəqin ki, normal düşüncə sahiblərinin heç biri inana bilməz. Mən məhkəmədən daha çox, səsimin eşidilməməsindən narahatam. Əgər R.Cəbrayılovun korrupsiya əməllərindən şikayət verməyim cinayətdirsə, onda gedib onda üzr istəyim, imdad diləyim. Fikirləşirdim ki,cənab Prezidentimiz İ.Əliyevin 12 fevral 2012-ci il tarixdə keçirdiyi müşavirədən sonra R.Cəbrayılov məndən əl çəkər. Təəssüf ki, həmin müşavirədə cənab Prezidentin dediklərini R.Cəbrayılov elə ordaca unudub. Mən sizin internet portalı vastəsiylə R.Cəbrayılova «daydayılq» edən məmurlara müraciət edirəm. Sizdən çox xahiş edirəm, R.Cəbrayılova himayədarlıq etməklə, iki azyaşlı balamın gözünü yaşlı qoymayın. Heç bir günahım olmadan məni 4 ay 16 gün həbsxanada saxlatdırdınız, üç il şərti cəzə verdirdiniz, hüquq-mühafizə orqanlarına bütün əmlakımızı dolayı yollarla əlimizdən aldırdınız, ürəyiniz soyumadımı? Başqa qorxunuz yoxdursa, barı Allahdan qorxun. Sonda yenə Cənab Prezidentimiz İ.Əliyevə müraciət edir və yalnız ondan kömək gözləyirəm».



Qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Başçını da dinləməyə hazırıq.


Teqlər:
Bu xəbər cəmi 810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR