İlin sonunadək daha 45 hektar sahəyə ağac və qızılgül kolunun əkilməsi, 5 hektar sahədə yeni tingçiliyin salınması üçün hazırlıq görülür.
Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı şəhərin küçələrinin kənarında, eləcə də Zərifə Əliyeva parkında keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak ediblər. Gün ərzində 2700 ədəd tuya, katalpa, çinar, qovaq və ağcaqayın ağacı əkilib eyni zamanda iri gövdəli ağaclarda budama işləri aparılıb.
Aksiya müddətində rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunub.