Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili öz səlahiyyətlərinin bitməsinə bir gün qalmış Tiflisidəki prezdent iqamətgahını tərk edib. ANS PRESS bu barədə "NewsGeorgia" agentliyinə istinadən bildirir.
Bazar günü noyabrın 17-də Tiflisdə Gürcüstanın yeni prezidenti Georgi Margelaşvilinin inauqurasiyası olacaq. O, bir il qabaq parlament seçkilərini udmuş və Saakaşvilinin partiyasını əvəz etmiş "Gürcü arzusu" koalisiyasının üzvüdür. Oktyabrın sonlarında keçirilən prezident seçkilərində o, 60% səs toplayaraq qalib gəlib.
Saakaşvili ilə onun administrasiyası da prezident qərargahını tərk edir.