Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“65 kvadratmetrlik evin qızdırılması 5 manata başa gəlir”- Qış rejiminə keçdik

“65 kvadratmetrlik evin qızdırılması 5 manata başa gəlir”-  Qış rejiminə keçdik
Noyabrın 15-dən etibarən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti qış rejiminə keçib.


“Yenimeydan.info” Musavat.com-a istinadən xəbər verir ki, hazırda işlərin necə aparılması, ölkə ərazisində istilik təchizatındakı son durumla bağlı, abonent və müştəri xidmətləri şöbəsinin müdiri Rafiq Əliyevlə danışdıq.



O, bildirdi ki, noyabrın 15-dən etibarən işlər gedir, payız-qış mövsümünə start verilib. R.Əliyev aktiv şəkildə işlərin aparıldığını bildirdi. Onun sözlərinə görə, bu il 515 qazanxana vasitəsilə 3120 yaşayış binası istiliklə təmin ediləcək: “O cümlədən, “Azəristiliktəchizat” mənbəyinə qoşulmuş məktəb, uşaq bağçası, səhiyyə müəssisələri də istiliklə təmin olunacaqdır. Qoşulmalar dünəndən (srağagündən-red.) başlayıb, texnoloji qrafikə müvafiq olaraq 1-2 günə işimiz yekunlaşacaqdır. Ödəniş Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına müvafiq olaraq, 1 kvadratmetr yaşayış sahəsi üçün 15 qəpik müəyyən edilib. 65 kvadratmetrlik bir evin istilik təchizatı bir aya təxminən 5 manat təşkil edir. Nəzərə çatdırım ki, evlərin bu şəkildə qızdırılması digər vasitələrə nisbətən çox rahat və təhlükəsizdir. Belə ki, elektrik və qazla qızdırılan evlərin sahibləri harasa getdikdə, mütləq şəkildə onları bağlamalıdırlar. Lakin istilik təchizatı mərkəzi şəkildə idarə olunur və məkan sahibləri geri döndükdə, soyuq deyil, isti mühitə gəlmiş olurlar. Ondan başqa ödəniş də münasibdir. Belə ki, 65 kvadratmetrlik evin qızdırılması üçün elektrik xidmətinə 70 manat ödənilməlidirsə, bizə 5-6 manat ödənilir. Həmçinin ekoloji cəhətdən təmizlik də önəm daşıyır. Bu üsulla qızdırılan evlər rütubətdən qorunur”.



Hazırkı ödəmə sisteminin rahatlığından da söz açan, R.Əliyev elektron sistemə keçidin üstünlüklərindən də bəhs etdi: “Artıq bütün abonentlərimizə kodlar paylamışıq. Onlar bu kodlar vasitəsilə evlərində oturaraq internet vasitəsilə ödəmə apara bilirlər. Bu gün istiliklə təchiz etdiyimiz obyektlər haranın, kimin balansındadırsa, ora da ödəniş edir. Məsələn, özəl şirkətlər aylıqları özləri ödədiyi halda, səhiyyə ocaqlarının çoxu dövlət nəzdində olduğundan dövlət bizim pulumuzu ödəyir. Onu da vurğulayım ki, biz nəinki Bakını, bölgələri də istiliklə təchiz edirik”.



Fövqəladə hallar nəzərə alınaraq, qazanxanalardakı mövcud avadanlıqlar barədə söz açan şöbə müdiri təkcə bu il ərzində respublika ərazisində 65 yeni müasir tipli qazanxana tikilib istifadəyə verildiyini bildirdi. Onun sözlərinə görə, müasir avadanlıqların quraşdırılması sayəsində, sistematik şəkildə qazanxanalarda işlər gedir.



Sonda nəzərinizə çatdıraq ki, istilik mövsümü hər il noyabrın 15-dən aprelin 15-ə qədər davam edir.


Teqlər:
Bu xəbər cəmi 1785 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR