İclasın gündəliyinə 22 məsələ təklif olunub:
“Bu məsələlərdən birincisi 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi barədədir. Bir neçə gün parlamentdə 2014-cü ilin büdcə paketinə daxil olan sənədlər müzakirə olundu və vaxt verildi ki, verilən təkliflərə baxılsın və bu müddət ərzində dövlət büdcəsi ilə bağlı tam fikir formalaşdırılıb Milli Məclisin növbəti plenar iclasına çıxarılsın. Eyni zamanda gələn iclasın gündəliyinə büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsi, “2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, “Milli Məcilisin 2014-cü il xərclər smetası haqqında” qanun layihəsi, “Hesablama Palatasının 2014-cü il xərclər smetası haqqında” qanun layihəsi salınıb”.
A.Təvəkküloğlu 22 noyabr iclasında bir sıra qanun layihələrinin də iclasın gündəliyinə təklif olunduğunu bildirib: ““İctimai təşkilatçılıq haqqında” qanun layihəsinin üçüncü oxunuşu, ““Sərhəddən keçən və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında qanun” layihəsi bu sıradandır.
Eyni zamanda Mülkü Məcəlləyə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Patent haqqında” qanuna, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna, “Vergi Məcəlləsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, “Dövlət rüsumu haqqında” qanuna, “Sosial sığorta haqqında” qanuna, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna, milli təhlükəsizlik orqanlarının 95 illiyinə dair 1919-2014-cü illər yubiley medalının təsis edilməsi əlaqələdar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Bundan əlavə, “Bələdiyyələrin ərazi və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısına dəyişiklər nəzərdə tutulub və “Xaçmaz rayonu Xraxoba kəndinin Talıblı adlandırılması haqqında” qanun layihəsinə baxılacaq”.(modern.az)