Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitriy Medvedevi işdən çıxarmaqla hədələyib. Avropa.info-nun Rusiya mətbuatına istinadən məlumatına görə, V.Putin baş nazir haqqında açıq mesaj verərək deyib ki, “əgər kimsə nə ilə razı deyilsə, gedə bilər, necə ki, vaxtı ilə Kudrin bunu etdi”. Son günlərdə Rusiya prezidenti ilə baş nazir arasında ciddi qalmaqal yaranıb. Buna səbə V. Putinin vergi cinayətləri üzrə işin yenidən polisə və müstənqirlərə verilməsinə tərəfdar çıxması ilə verdiyi təklif olub. Baş nazir Dmitriy Medvedev isə vergi sistemində belə sərtləşdirmənin əlyehinə çıxıb və bunu düzgün addım hesab etməyib. Baş nazirini belə bir mövqe sərgiləməsi isə V. Putinin xoşuna gəlməyərək, sərt bəyanatla çıxış edib. O deyib ki, bu məsələ aidiyyatı bütün qurumalarla müzakirə olunub və hamı bunu razılıqla qarşılayıb. RF prezidenti vergi cinayətiı cəzaların sərtləşdirilməsi ilə əlaqədar olaraq dünən axşam Təhlükəsizlik Şurasının toplantısını təcili çağırıb və məsələ ətrafında ölkədə yaranmış gərginlik bir daha müzakirə olunub.