Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Afinada ilk məscidin inşasına start verildi

Afinada ilk məscidin inşasına start verildi


Yunanıstan hökuməti paytaxt Afinada ilk məscidin tikintisinə başlandığını elan edib.Anspress-in verdiyi məlumat görə, Afinada müsəlmanların ibadət yerinin inşası düz 13 il ərzində təxirə salınıb. Məscidin inşasına qarşı olunmasında ölkə əhalisinin 95 faizinin mənsub olduğu yunan-pravoslav kilsəsinin mövqeyi mühüm rol oynayıb.



2011-ci ildə Yunanıstan hökuməti Afinada ilk məscidin tikintisini təsdiqləyən xüsusi qanun da qəbul etmiş, bu ilin yayında isə bu layihə üçün büdcədən 946 min avro həcmində vəsait də ayırmışdı. Qanun qəbul edildikdən sonra ultra-ortodokslar məscidin inşasına qarşı kütləvi etiraz aksiyaları keçirmişdilər.



Son aylar məscidin inşasının ləngiməsi tenderdə qalib gələn 5 podratçı-şirkətin sonradan podrat işlərindən imtina etməsi ilə əlaqədar olub. Artıq podratçı-şirkət tapılıb və müqavilə imzalanıb.



Afinanın ilk məscidi keçmiş hərbi hissənin yerində inşa ediləcək və onun sahəsi təxminən 600 kvadrat metr olacaq. Layihədə minarə nəzərdə tutulmayıb.



Afina məscidi olmayan azsaylı Avropa paytaxtlarından biridir. Son illərdə miqrantların hesabına sayı artan müsəlmanlar ibadət üçün müxtəlif məkanlardan istifadə etməli olurlar.


Teqlər:
Bu xəbər cəmi 1675 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR