Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“28 May” çökür

“28 May” çökür
Metronun “28 May” stansiyasının əsas girişi yenidən qurulma və müasirləşdirilmə işləri ilə əlaqədar yanvarın 21-dən bağlanıb. Stansiyaya giriş üçün sərnişinlər “Cəfər Cabbarlı” stansiyasına keçiddən istifadə edirlər.


Hal-hazırda tikinti işləri gedir. İnşaat işlərində cəlb edilən ağır tonnajlı yük maşınları və digər texnikaların hərəkəti ərazidə insanlara meneə olur. Hafta-ichi.az saytının məlumatına görə, söküntü işlərindən çıxarılan materiallar daşınarkən metrodan istifadə edən sərnişinlərə narahatlıq yaradır. Saytın ərazidə olan müxbiri bu narazılıqların şahidi olub. Bakı sakini Məlahət Qasımova bildirib ki, yük maşınlarının əlindən tərpənə bilmirlər: “Bura piyadaların əməlli-başlı tıxacı yaranır. İşə gəlib-gedəndə üst-başımız toz-torpaq olur. Tikintinin hələ nə qədər davam edəcəyi də bilinmir. Belə baxıram ki, tez qurtaran işə oxşamır”.



Tələbə Aysel Hümbətova isə deyir ki, onsuz da, piyadaların sıx olduğu yerə gətirib o qədər fəhlə yığıblar ki... "Dərsə gedəndə nə qədər müddətə üst-başımı təmizləməli oluram".



Yük maşınları “C.Cabbarlı” metrostansiyanın keçidlərinin girişi tərəfdən hərəkət edir. Həmin ərazidə işləyən taksi sürücüləri də bu məsələyə etiraz edir. Yük maşınları metronun çıxışındakı asfalt örtüyünü dağıdıb. Beton lövhələrlə yüklənmiş ağır çəkili “KaMAz” markalı maşınların keçidin üzərində dayanması insanlar üçün təhlükə yaradır. Bu halın uzun müddət davam etməsi keçidin çökməsinə səbəb ola bilər. Söküntü ərazisindən çıxan ekskovatorların insanları nəzərə almadan hərəkət etməsi narazılığa səbəb olur.


Teqlər:
Bu xəbər cəmi 1730 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR