Hesabat dövründə terminaldan ixrac olunan neftin 186 milyon barreli Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 22,1 milyon barreldən artığı Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 4 milyon barreli dəmir yolu vasitəsilə və təxminən 1,4 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.
Eyni zamanda, doqquz ay ərzində terminaldan gündəlik orta hesabla 26,4 milyon standart kubmetr (933,5 milyon standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac olunub.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün 966 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Dövlət Neft Şirkətinə məxsus qaz kəməri ilə ixrac olunur.