Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturunun günün birinci yarısında 18 dərəcəyədək yüksələcəyi, axşama doğru 10-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun 15-20, dağlarda 8-13 dərəcə isti olacağı gözlənilir.
Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlığa görə, noyabrın 15-i günün ikinci yarısında, ayın 16-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 15-i axşama doğru və 16-da günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi, güclü xəzri küləyi və temperaturun 5-7 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.