Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümov sərt islahatlara başlayır -

Səlim Müslümov sərt islahatlara başlayır -
Ünvanlı sosial yardımların verilməsində və əllilik qrupu ilə bağlı ciddi dəyişikliklər olacaq


Ünvanlı sosial yardımların verilməsində və əllilik qrupu ilə bağlı ciddi dəyişikliklər nəzərdə tutulur. Səlim Müslümovun Əmək və əhalinin sosial müdafisəi naziri təyin edildikdən sonra əhalinin sosial müdafiəsi sahəsində ciddi islahatlara başlayıb.Belə ki, o gələn kimi cəmiyətdə ən ciddi narazılığa səbəb olan ünvanlı sosial yardım sahəsində nizam yaratmağı və bununla bağlı yeni mexanizimin hazırlanmasını nazirliyin işçilərinə tapşırıq verib. Bunun nəticəsi olaraq artıq nazirlikdə ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyəyn edilməsini hazırlayan işçi qrup yaradılıb. Artıq işçi qrup ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsi ilə bağlı yeni sənədin ilkin layihə formasını yeni nazirə təqdim edilərək, birgə müzakirə edilib. Hazırda sənəd üzərində təkliflər nəzərə alınmaqla təkmilləşdirilmə işir aparılır. Sənəd hazırlandıqdan sonra layihənin ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur.



Yeni sənəddə ünvanlı sosial yardımın mövcud qaydalar tamamilə dəyişəcək və yeni format tətbiq ediləcək.

Əlillik qrupunun müəyyən edilməsinə gəldikdə isə yeni sənəddə üçüncü qrup əliliyin ləğv edilməsi nəzərdə tutulur. Bunun əvəzində isə əmək qabliyyətli və əmək qabliyyəti olmayanlar termini salınacaq. Burada da bir sıra yeniliklər olacaq.



Bu yeni qaydaların tətbiq edilməsinin əsas məqsədi istər ünvanlı sosial yardımın verilməsində, istərsə də əlillik qrupunun müəyyən edilməsindəki saxtakarlığı aradan qaldırmaqdır. Bu yeni qaydalara əsasən heç kim nə saxta əlillik qrupu əldə edə biləcək, nə də ki, saxta yolla ünvanlı sosial yardım ala biləcək.



Sənədin ilin sonunadək hazır olacağı bildirilir və növbəti ildə müzakirəyə çıxarılaraq, mövcud qaydalara dəyişiklər edilməsi planlaşdırılır.



Xatırladaq ki, S. Müslümova bu sahə həvalə edilərkən ölkə başçısı ona bu sahədə olan ən əsas adı çəkilən bu iki problemin aradan qaldırılmasını və həlli yollarını tələb edib. 



Əmək və Əhalinin sosial müdafisəi nazirinin müavini İlqar Rəhimov da bu sahədə yeni mexanizmlərin hazırlandığını desə də onun detalları barədə məlumat vermək istəməyib.



 



Milli Məclisin sosail siyasət komitəsinin sədri Hadı Rəcəbli də belə bir sənədin hazırlandığını təsdiqlədi.


Teqlər:
Bu xəbər cəmi 1970 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR