Vəkil Eldar Qədimi bildirib ki, Gülər Əhmədovanın vəziyyəti yaxşılaşmaqdansa, get-gedə daha da pisləşir: “Getdikcə qanında şəkərin miqdarı artır. Beyin damarında quruma prosesi gedir. Boğazında zobu var, nəfəs almasında problemlər yaradır, təngnəfəs olur, danışa bilmir. O cür şəraitdə, qapalı mühitdə müalicəsi mümkün deyil. Azadlıqda olsaydı klinikalardan birində müalicəsi aparılardı”.
Vəkil Penitensiar xidmətinin rəisi, polis general-leytenant Mədət Quliyevin Gülər Əhmədova ilə bağlı mətbuata verdiyi açıqlamasına da münasibət bildirib: “Bu gün onun yanında Mədət Quliyev olub, yoxsa mən? Yəqin ki, mənim sözümə inanmaq daha düzgün olardı”.