Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda Azərbaycan haqqında məlumatlandırıcı kitabın və internet portalının təqdimatı keçirilib

Bakıda Azərbaycan haqqında məlumatlandırıcı kitabın və internet portalının təqdimatı keçirilib
Bu gün Azərbaycanın bütün rayonlarını əhatə edən, məlumatlandırıcı, tanıdıcı və təbliğ edici mahiyyətli “Azərbaycanı Kəşf Et”, “Explore Azerbaijan”, “Oтkpoйте Для Себя Азербайджан” adlı kitablarının, eyni adlı multimedia “DVD-kitab” və internet portalının təqdimat mərasimi keçirilib.


Layihə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi və Media Sənət Akademiyası ilə birgə baş tutub.



Layihə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib.



Mərasimdə “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyinin sədri Əkrəm Abdullayev deyib ki, son vaxtlar ölkə başçısı İlham Əliyevin ölkənin təbliği istiqamətində apardığı işlər hər kəsə məlumdur.



“Bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti dünyanın bir çox ölkələri arasında özünəməxsus yeri tutur. Bu gün Azərbaycan haqqında və onun mədəniyyəti, tarixi, coğrafi mövqeyi haqqında dünyanın bir çox ölkələrində kitablar sərgilənir”.



Ə.Abdullayev bildirib ki, layihənin fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, orada Azərbaycanın istinasız bütün bölgələri və rayonları haqqında dolğun, eksklüziv və maraqlı məlumatlar qeyri-adi və cəlbedici şəkildə təqdim olunub.



“Burada məlumatlar, video və foto vəsaitlər şəxsən müəllif tərəfindən 7 il ərzində toplanıb. Əksər məlumatlar isə ilk dəfə dərc olunub. Tarixi və coğrafi məlumatların icmalında 300-ə yaxın çap mənbəsindən istifadə edilib. DVD-də 86 peşəkar redaktə edilmiş videoçarx və 1366 unikal foto təqdim olunub. Təklif olunan həcmdə və genişlikdə multimediya formatında məlumat indiyə qədər Azərbaycanda istehsal edilməyib. Kitabın 3 ayrı dil versiyasında (Azərbaycan, Rus, İngilis), DVD isə unifikasiya olunmuş çox dilli vahid versiyada hazırlanıb”.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə deyib ki, son illər Azərbaycanı təbliğ edən kitab və çap məhsulları artıb.



“Bu gün ölkəmiz haqında dünyanın bir çox ölkələrində məlumatlandırıcı kitablar tapmaq mümkündür. Nazirliyimiz dünyanın bir çox nəşriyyatları ilə əlaqə saxlayaraq Azərbaycan haqqında məlumatlandırıcı kitabların sərgilənməsini təşkil edir. Ancaq deyim ki, 5 il bundan öncə bu belə deyildi. Nazirliyimizin bu təşəbbüsü hələ də dava edir”.



Nazir bildirib ki, bu cür məlumatlandırıcı kitabların dünya ölkələrində təbliği işində Heydər Əliyev Fondu da böyük işlər görür.



“Bu gün Heydər Əliyev Fondunun gördüyü işlər göz qabağındadır. Belə ki, fondun dəstək verdiyi kitablar bu gün dünyanın müxtəlif ölkələrində sərgilənərək özünəməxsus yeri tutur. Bu gün həm də sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın təbliği üçün təkcə dövlət qurumları deyil, fərdi şəxslər, vətəndaşlar, QHT-lər, ictimai birliklər də kitablar hazırlayır. Bu kitaba nəzər saldıqda isə hiss olunur ki, müəllif burada təkcə Azərbaycanı coğrafi mövqedən deyil, həm də öz hisləri istiqamətindən də lazımınca aşılaya bilib”.



Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə vurğulayıb ki, bu cür kitabların nəşr edilməsi Azərbaycanın dünya arenasına lazımınca tanınmasına və təbliğinə zəmin yaradır.



“Azərbaycan zəngin mədəni tarixə malik bir ölkədir. Düşünürəm ki, ölkəmiz haqqında nə qədər bu cür müxtəlif dillərdə təbliğedici kitablar hazırlanarsa bir o qədər ölkəmizin mədəniyyəti geniş tanınar. İnanıram ki, bu kitab oxuculara lazımınca töhfəni verə biləcək”.



Kitabın müəllifi telejurnalist Aynur Talıbova da kitab haqqında xoş təəssüratlarını bölüşüb və bildirib ki, dərginin ərsəyə gəlməsində dəstək olan hər kəsin böyük əməyi var.



“Kitabda olan video və foto vasitələr 7 il ərzində toplanılıb. İstədik ki, ölkəmiz haqqında tam və dəqiq məlumatlar, fotolar kitabda əks olunsun. İnanıram ki, bu kitab oxucuların xüsusi marağına səbəb olacaq”.


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR