Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Odnoklassniki.ru” ermənilərin hərbi sirlərini faş etdi - şok faktlar

“Odnoklassniki.ru” ermənilərin hərbi sirlərini faş etdi - şok faktlar


Bir neçə gün əvvəl Ermənistan xüsusi xidmət orqanlarının odnoklassniki.ru saytından Azərbaycan vətəndaşının hərbi formada şəklini götürüb, bundan təxribat məqsədi ilə istifadə etmələri adıçəkilən internet saytın Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoydu. Xatırladaq ki, ermənilərə məxsus versiya.am saytı Vüsal Həsənov adlı Sumqayıt şəhər sakinin şəklini və guya onun tərəfindən Ermənistan rəhbərliyinə ünvanlanmış bir məktubu yayımladı. Məktubda göstərilirdi ki, guya V.Həsənov “hazırda Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Hərbi xidmətdə təzyiqlərə məruz qaldığı üçün Ermənistana qaçmaq istəyir”.



Azərbaycan tərəfinin araşdırmaları zamanı məlum oldu ki, hazırda Sumqayıt şəhərindən Silahlı Qüvvələrdə Vüsal Həsənov adlı şəxs xidmət etmir. Bu adda şəxs ordudan düz 8 ay əvvəl tərxis olunub. Ermənilər Vüsalın şəklini odnoklassniki.ru-dan götürərək, özlərinə məxsus ustalıqla bir “məktub” da yaradıblar ki, Azərbaycan ordusunu gözdən salsınlar.



Lent.az-ın apardığı araşdırmalara görə, V.Həsənov hərbi formada fotoşəkillərini odnoklassniki.ru saytında yerləşdirən yeganə Azərbaycan vətəndaşı deyil. Bu saytda hərbi hissələrin nömrələri, təyinatları, dislokasiya məntəqələri, rayonlaşdırılması üzrə yüzlərlə qrup yaradılıb. Bu qruplarda həmin hərbi hissələrdə müxtəlif vaxtlarda xidmət etmiş şəxslər bir-birini tapıb söhbətləşirlər. Bu qruplarda nəinki hərbi formada, hətta hərbi hissənin texnika parkında (texnikaların sayı və nömrəsi aydın görünür), inventardakı silahla və s. çəkilmiş şəkillərlə də rastlaşmaq mümkündür. Belə nəticəyə gəlmək olur ki, əgər ermənilərin V.Həsənova qarşı həyata keçirdiyi “internet əməliyyatı” baş tutsaydı, bu əməliyyat ikinci mərhələdə odnoklassniki.ru-da hərbi geyimdə şəkillərini yerləşdirilmiş bütün Azərbaycan vətəndaşlarını əhatə edəcəkdi.



Aparılan araşdırmalar zamanı o da məlum olub ki, adıçəkilən saytda keçmiş əsgərlərlə yanaşı, hazırda xidmətdə olan əsgər və çavuşlara, hətta zabitlərə belə rast gəlmək mümkündür. Bunlardan bəziləri açıq adla, bəziləri isə başqa adlarla sayta daxil olurlar.



İnternetə kompüter vasitəsi ilə çıxış imkanları olmayan əsgərlər isə odnoklassniki.ru-nun wap versiyasından yararlanırlar. Özlərində mobil telefon saxlayan əsgərlər xüsusən də gecə saatlarında wap.odnoklassniki.ru-da tanış olduqları “qızlarla” və dostları ilə söhbətləşirlər.



Hərbi qruplarda Müdafiə Nazirliyinin mərkəzi aparatı, Təlim Tədris Mərkəzi və OCC bölüyündə xidmət edən zabitlərə də rastlaşmaq mümkündür. Əgər “xanım” adı ilə bu sayta daxil olub həmin hərbçilərlə tanış olsan, onların necə və harada xidmət etdiklərini, xidmətin necə keçdiyini və s. öyrənmək mümkündür.



Daxili Qoşunların keçmiş əsgərinin qarşılaşdığı bu problem artıq Hərbi Prokurorluğu və müvafiq hərbi strukturların rəhbərliyini hərəkətə keçməyə vadar edib. Hərbi mənbələrdən Lent.az-a daxil olan məlumata görə, artıq Müdafiə Nazirliyi və digər bir neçə qurumda bununla bağlı müvafiq tədbirlərə başlanılıb. Böyük ehtimalla, hərbçilərin internetə çıxış imkanlarının məhdudlaşdırılması, həmçinin bu cür hallara yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin görüləcəyi gözlənilir.



Məlumat üçün bildirək ki, bu cür hallara nəinki odnoklassniki.ru saytında, həmçinin odnoqrupniki.ru, Facebook, MSN və s. ünvanlarda rast gəlmək mümkündür.



Yeri gəlmişkən, bu günlərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbçilərə hərbi geyimdə, hərbçi olduğunu bildirən nişanlarla şəkillərini Facebook-da yerləşdirilməsini qadağan edib. Belə qadağalar İsraildə, ABŞ-da, Almaniyada və digər ölkələrdə də mövcuddur.



Odnoklassniki.ru saytında apardığımız araşdırmalar zamanı analoji vəziyyət ermənilərdə də müşahidə olunub. Saytdan topladığımız məlumatlara əsasən, Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı rayonlarındakı qüvvələr aşağıdakı hərbi hissələrdə (ermənilərin hərbi hissələrinin böyük əksəriyyətinin şəxsi heyəti 1 tabordan azdır) cəmləşdirilib.



Cəbhə xəttinin cənub qanadı - Füzuli rayonu istiqamətində (eyni zamanda, Haramı düzündə Füzulinin Xocavəndlə sərhədi) cəmləşdirilmiş erməni qüvvələrinə daxildir:

2-ci kəşfiyyat-diversiya taboru, Karmrakar (7-ci tabor) taboru, 5070 saylı hərbi hissə, zenit divizionu, sərhəd taboru, 24437, 25918, 43013, 54054, 54122 saylı artilleriya alayı (bu alayın bir batareyası, 4-cü kəşfiyyat-diversiya taboru və tank əleyhinə batareyası (Faqot) ), 54809, 59703 (qərargahı Qubadlıda yerləşən bu alayın müdafiə sahəsinə həm də Xocavəndin bir hissəsi), 61437, 75764, 84029 saylı alaylar. Həmçinin Cəbrayıl istiqamətində 22682 saylı alay.



Dağlıq Qarabağın keçmiş Hadrut rayonunda – ikinci eşelona cəmləşmiş qüvvələrə 2087 (qərargahı Tuğ kəndində. Sərhəd qoşunları hesab olunur), 25149, 42009, 2077, 42009, 50869, 61437 alaylar daxildir.



Cəbhənin mərkəzində Xocavənd və Ağdam istiqamətindəki hərbi hissələrin say çoxluğu nəzərə çarpır. Mənbə ermənilərin göstərilən istiqaməti daha təhlükəli hesab edərək əsas qüvvələrini də məhz bu əraziyə cəmləşdirdiklərini qeyd edir. Bu istiqaməti ermənilərin 18920, 32236, 36534, 47095, 53159, 32236 (artilleriya alayı), 5436, Xocalı təlim alayı, korpus qərargahı, sapyor taboru, 19916, 23524, 32964, 33466, 33968, 34153 (Askeranı Kayazor), 37221, 37673, 38401, 38636, 38862, 39138, 39590 (təmir taboru), 40318, 46492, 46677 tank alayı (Xocalıda yerləşir), 46994, 47681, 82296 (texniki təmir taboru) müdafiə edir. Bu istiqamətdə ermənilərin tankodromu da var. 



Xankəndini və ətraf əraziləri. o cümlədən Şuşanı və Laçını müdafiəsini təşkil edəcək hərbi hissə və birliklər bunlardır: 38677 saylı hərbi birləşmə (Baş Qərargah), S-125 zenit-raket komplekslərinin cəmləşdiyi zenit alayı, 366-cı alay, rabitə taboru, diversiya-hücum dəstəsi, “Tiqran” xüsusi təyinatlı bölüyü, texniki təmir taboru, təlim alayı, Artilleriya təlim mərkəzi, 18920, 19916, 27546, 35356, 35383, 35708, 36534, 39654, 39828, 42009 diviziya, 47220, 54122, 59703, 75937, 82286, 82289, 37447, 1499, 3214, 5471, 10139, 74296 (rabitə) saylı alaylar. 



Əsas qüvvələrini cəbhə xəttinə cəmləşdirən ermənilər ehtimal olunan təhlükələri nəzərə alaraq işğal olunmuş ərazilərin dərinliklərini də boş qoymayıblar. Qubadlı və Laçın istiqamətində ermənilərin 12798, 16396 alayları və əsas texnikası Qubadlının Xanlıq kəndi yaxınlığına cəmləşmiş 73128 saylı tank alayı dayanır.



Ermənilərin cəbhə xəttində ən çox təhlükə gözlədikləri bir ərazi də Ağdərə və Goranboy istiqamətləridir. Bu istiqamətdə 007, 35366, 36651, 33651 (Madagisdə yerləşir), 38043 (“Daşnakner” adlanır), 32964 diviziya (Ağdərə), 47455 (artilleriya alayı), 74361, 47455 (Nerin Orataq kəndində yerləşir) və 49971 saylı alaylar durur. Qeyd olunan hərbi hissələr Murovdağın ətəyindən Ağdam rayonunadək bir əraziyə cavabdehlik daşıyırlar. Kəlbəcərdə isə ermənilərin 14705 saylı alayının yerləşdiyi bildirilir ki, bu hərbi hissənin əsas funksiyası şimaldan Qarabağın giriş qapısı olan Ömər aşırımını mühafizə etməkdir.


Teqlər:
Bu xəbər cəmi 1545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR