Bu barədə Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, bu müddətdə İtaliya tərəfindən Azərbaycanda qeyri-neft sektoru üzrə 65,5 milyon dollar investisiya yatırılıb.
İtaliyanın Azərbaycanın ən böyük biznes partnyoru olduğunu xatırladan nazir müavini qeyd edib ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5,8 milyard dollar, bu ilin yanvar-sentyabr ayları üzrə isə 4,6 milyard dollar təşkil edib.
N.Səfərov bildirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10%-dən çox artım deməkdir.
Nazir müavini iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa imkan yaradan 30-a yaxın sənədin imzalandığını xatırladıb.
O, həmçinin Azərbaycanda 45 İtaliya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.