Son günlər xüsusən paytaxt ərazisində payız fəslinə xas olmayan hava hökm sürür.Ötən gün isə havanın temperuturu 19-21 dərəcəyə qədər qalxıb. Bu isə meteohəssas insanlara müxtəlif cür təsir göstərir. Metereoloqlar isə mülayim havanın noyabr ayının 14-nə qədər hökm sürəcəyini deyirlər.
Baş hidroloq, Akif Verdiyevin sözlərinə görə, bu gün abşeron yarmadasının bir sıra yerlərində qısa müddətli yağış yağma ehtimalı var. Ayın 14-də isə hava əsasən yağmursuz olacaq.
Sinoptiklər deyir ki, bu il noyabr ayında hökm sürən temperatur keçən illə müqayisədə, iqlim normasından 2, 3 dərəcə yüksəkdir. Amma qarşıda bizi sərt bir qışın gözlənməsi istisna edilmir.