Konfrans Aspirantların Beynəlxalq Şəbəkəsi (Pİ-NET), Macar PhD Assosiasiyası və Macarıstan Milli Tələbə Şurasının (HÖOK) birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransda magistratura pilləsindən sonrakı təhsil (fəlsəfə doktorluğu vəs.), elmi araşdırmalar, nəşrlərin əhəmiyyəti və üstünlükləri, bu sahələrdə olan problemlər kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, ATGTİ-nin nümayəndələri, Azərbaycan Universitetinin magistrantları Cəmil Hüseynov və Cavid İsmayılov Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşüb. Səfər çərçivəsində 13-15 noyabr tarixlərində nümayəndələrimiz Budapeşt şəhərində konfrans, vorkşop və müzakirələrə qatılacaq, 16-17 noyabr tarixlərində isə Debrecen şəhərində müxtəlif universitetlərin tələbə birlikləri ilə qarşılıqlı və birgə fəaliyyətin perspektivlərini müzakirə edəcəklər.