Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Almaniyada Azərbaycan məktəbi layihəsinin icrasına başlanılıb

Almaniyada Azərbaycan məktəbi layihəsinin icrasına başlanılıb
Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi burada yaşayan azərbaycanlı uşaqlar üçün məktəb layihəsi həyata keçirməyə başlayıb.


Azərbaycan Mədəniyyət Evinin sədri Rəşad Xasayoğlu bildirib ki, məktəbin yaradılmasında məqsəd uşaqlar arasında milli mədəni irsimizin təbliğidir.



“Uşaqlar Almaniyada məktəbə gedir, buranın dilinə, mədəniyyətinə yiyələnirlər. Nəzərdə tuturuq ki, həftəsonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarix, coğrafiya və mədəni irsimizlə bağlı kurslar keçilsin. Hələlik məktəb kurslar formasında fəaliyyət göstərəcək.



Həftəsonu kurslarında uşaqlar üçün tariximiz, coğrafiya, milli mədəni irsimizlə bağlı maraqlı məlumatlar veriləcək. Kurslar davamlı və proqram üzrə təşkil olunacaq”.



Onun sözlərinə görə, hazırda dərslərin proqramları və məktəbin maddi texniki bazasının təşkil olunması üzrə iş aparılır.



“Bundan başqa, həftə içi cənublu soydaşlarımız üçün Azərbaycan əlifbası kursları, uşaqlar üçün Azərbaycan rəqsi, tar, pianino dərsləri və digər  kurslar təşkil olunacaq. Mədəniyyət Evinin tərkibində futbol klubu da fəaliyyət göstərəcək”, - R.Xasayoğlu bildirib.


Teqlər:
Bu xəbər cəmi 1180 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR