Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dırmanma üzrə Çempionat başa çatıb

Dırmanma üzrə Çempionat başa çatıb


9-10 noyabr 2013-cü il tarixlərində “ClimBaku” idman dırmanması mərkəzində keçirilən İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb.



 Bu barədə  Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə keçirilən yarışda FAİREX-in "Salavat", "Ekstralife", "Şahdağ", "Zirvə", "Qaya Qartalları", "Ekosport", "Climber", "Gənclik", "AMEAST", "Qərb Universiteti", "Tanrıdağ", "Gəncə", "İrəli", "Rockstone", "Blackstone", "Şəki", "Kəpəz", "Kyanit", "Qafqaz" və digər idman klubları ilə yanaşı İran İslam Respublikasından olan idmançılar da iştirak edib. Yerli və xarici idmançıların qatıldığı İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı kişilər və qadınlar arasında boulderinq, çətinlik və sürət növləri üzrə üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. 



Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıblar. Çempionatın final mərhələsinin sonunda qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə medal və sertifikatlar təqdim olunub.



Sürət mərhələsi üzrə (oğlanlar arasında) Çingiz Tağızadə (Ekosport), Ramel Rəhimxanov (Salavat) və Yamil Siraclı (Şəki) qalib olub. Sürət mərhələsi üzrə (qızlar arasında) Reyhan Məmmədova (Ekosport), Aysel Sultanova (Ekosport), Sima Səfərova (Qərb Universiteti) fərqlənib.



Çətinlik mərhələsi üzrə oğlanlar arasında Hossein Famil Rohani (İran İslam Respublikası), Hossein Sadeghimahani (İran İslam Respublikası), Vahid Bayramov (Qərb Universiteti), qızlar arasında isə Hüseynova Könül (Kyanit), Elmira Ghorbanzade (İran İslam Respublikası) və Diana Hanina (Black Stone) birincilik qazanıb.



Boulderinq mərhələsi üzrə oğlanlardan Tağızadə Çingiz (Ekosport), Bayramov Vahid (Qərb Universiteti) və İbadov Babək (Ekosport), qızlar arasında isə Sultanova Aysel (Ekosport), Hüseynova Könül (Kyanit), Məmmədova Reyhan (Ekosport) qalib olub.


Teqlər:
Bu xəbər cəmi 1725 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR