Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aşura günündə İçərişəhərdəki “Cümə” və Bibiheybət məscidlərində qanvermə aksiyası keçiriləcək

Aşura günündə İçərişəhərdəki “Cümə” və Bibiheybət məscidlərində qanvermə aksiyası keçiriləcək
Bu il noyabr ayının 14-nə təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyaları keçiriləcək.


Qanvermə aksiyalarının keçiriləcəyi yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçərişəhər “Cümə” məscididir.



Məsələ ilə bağlı adıçəkilən məscidin dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, 8 ildir ki, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur. İçərişəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq  “Cümə” məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb.



Hacı Surxayın sözlərinə görə, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə xəsarət yetirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir:



“Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək. Həm də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Biz talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri dəstəkləyirik və “Cümə” məsciddə bu aksiya artıq 8-ci dəfə təşkil olunacaq”.



Keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 260 nəfər insanın iştirak etdiyini deyən Hacı Surxay hər bir kəsi bu il təşkil olunacaq qanvermə aksiyasında iştirak etməyə çağırıb.



Qeyd edək ki, Səbail rayonundakı “Cümə” məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.



Məlumat üçün bildirək ki, Məhərrəm ayı hicri-qəməri ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmaqla yanaşı, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub.



Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi müsəlmanlar üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarənin Qazilər Şurasının toplantısında Məhərrəm ayının keçirilməsi  ilə  bağlı fətva verilib.



Fətvada daha sonra son illər təziyə günlərində irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın tibbi ehtiyacları üçün Kərbala şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkil olunması ən münasib əzədarlıq nümunəsi kimi göstərilib.


Teqlər:
Bu xəbər cəmi 1630 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR