Ilk dəfə Hindistandan buraxılan və Mars planetinə endirilmək üçün nəzərdə tutulan, Mars Orbiter zondunda yerətrafı orbitdə sürəti yüksəltməyə cəhd zamanı sükan mühərrikində nasazlıq yaranıb.
Nasazlıq, cihazın uçuşunun dördüncü trayektoriyadəyişmə mərhələsində baş verib.
Hind elmi-tədqiqat zondunun Qirmızı planetə göndərilməsi keçən ikinci gün baş tutub. Bu tarixdə ilk dəfədir ki, Hindistan zondu Marsa göndərilir.
Hindistan mütəxəssislərində çox da güclü raket-daşıyıcılar yoxdur ki, onlar aparatı Yerin qravitasiya qüvvəsindən çıxarıb, ani olaraq atmosferin hüdudlarından uzaqlaşdırsın. Buna görə, bu ayın axırına qədər, aparat nə qədər ki, planetlərarası ənginliyə getmək üçün sürət yığmayıb, o yerətrafı orbitdə hərəkət edəcək.
Hindistan mütəxəssisləri narahatçılıq üçün əsas olmadığını bildiriblər və onlar peyki sabah Yerdən 100 min km. uzaqlaşdırmaq əzmindədirlər.
İndi isə aparat Yerdən 78 276 kilometr uzaqlıqdadır. Zondun Marsa 11 aydan sonra çatacağı güman edilir.
Layihənin dəyəri 73 milyon dollar təşkil edir.