Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İrəvan-Tiflis kartof qalmaqalının səsi Bakıdan çıxdı

İrəvan-Tiflis kartof qalmaqalının səsi Bakıdan çıxdı
İrəvan-Tiflis kartof qalmaqalının səsi Bakıdan çıxdı Bir sıra xəbər portallarında yayılan məlumata görə, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün yükləndiyi maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Məsələnin ciddiliyini nəzərə alaraq, bayram olmasını nəzərə almadan, Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. Nazirlik rəsmisi qısaca olaraq faktı təsdiqləsə də, geniş açıqlama vermədi: “Bildiyiniz kimi, bu gün bayram olduğu üçün iş günü sayılmır. Ona görə geniş məlumat verə bilmərəm. Sabah əlaqə saxlasanız, geniş açıqlama verərəm”. Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb. İrəvanla Tiflis "zəhərli kartof" qalmaqalı yaşayır “Axar.az” erməni mətbuatına istinadən bildirir ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunur. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb. Gürcüstan Ermənistanı bu cür infeksiyalı məhsullar ixrac etməkdə ittiham edərək rəsmi İrəvandan təzminat tələb edir. Ermənistan isə Gürcüstan tərəfini bu cür yalanlarla İrəvandan pul qopara bilmiyəcəyini bəyan edir. Məsələ o yerə çatıb ki, artıq rəsmi şəxslər bununla bağlı bəyanatlar verməyə başlayıb. Ermənistanın Epidemiologiya və Gigiyena qurumunun sədri Artur Nikoyan daha da qabağa gedərək Gürcüstanı hədələyib: “Gürcüstana ixrac olunan kartofu Ermənistan əhalisi də yeyir. Necə olur ki, bizdə bu cür infeksiyalara rast gəlinmir, amma gürcülər infeksiya olduğunu iddia edir?! Bu cür iddialar absurddur və Gürcüstanı bu cür yalan bəyanat verməməyə səsləyirəm”. Qurum sədri həmçinin qeyd edib ki, Ermənistan hökuməti gürcü tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirmək üçün Qidaların Təhlükəsizliyi Komitəsinin sədrini Gürcüstana da göndərib: “Bizim Qidaların Təhlükəsizliyi Komitəsinin sədri noyabrın 5-6-da bu ölkədə səfərdə olub. Bu məsələ yerində araşdırılıb və gürcü tərəfinin iddiaları sübutunu tapmayıb”. Qeyd edək ki, Gürcüstan sözügedən məsələ ilə bağlı Ermənistandan kartof ixracını dayandırıb. Qalmaqalın kimin xeyrinə yekunlaşacağı hələ ki, bilinmir. Məsələnin maraqlı cəhəti odur ki, Ermənistan-gürcüstan arasında bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı məhsulların Azərbaycana gəlməsi, lakin dərhal aşkarlanaraq maşınların möhürlənməsi və satışdan çıxarılması diqqəti çəkir. - See more at: http://axar.az/news/1440#sthash.ppS4UByr.dpuf

Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR