Buna görə şagirdlər uçuq-sökük, qəzalı vəziyyətdə olan məktəb binasında dərs keçmək məcburiyyətində qalıblar. Amma ümidsiz də deyillər. Çünki kənddə yeni məktəb binası da tikilir.
İmişli rayonunun Cəfərli kəndində fəaliyyət göstərən məktəb binası 40 ildən çoxdur ki, istifadəyə verilib.
Ümumi orta məktəb olan bu binada əlavə bir neçə yardımçı sinif otağı inşa olunmaqla 14 il bindan öncə orta məktəbə çevrilib. Lakin məktəb binası yarandığı gündən bir dəfə də olsun əsaslı təmir edilməyib.
Nəticədə məktəbin qapı-pəncərələri, döşəmə və tavanları sınaraq yararsız vəziyyətə düşüb. Şəraitsizlikdən hətta şagirdlər tavanı adamın başı üstünə tökülən vaqonda da dərs keçmək məcburiyyətində qalıblar. Xüsusilə payız-qış aylarında sinif otaqlarında dərs keçmək belə mümkün deyil.
İllərlə belə çətin şəraitdə dərs keçən şagirdlərin nəhayət ki, ötən ilin avqustunda bəxtləri açılıb.
Rayon təhsil şöbəsindən verilən məlumata görə, kənddə 2 mərtəbədən ibarət 140 şagird yerlik yeni məktəb binasının inşasına start verilib. Artıq yeni binanın ikinci mərtəbəsində hörgü işləri aparılır.
Məktəbin fasiləsiz elektrik enerjisi, istilik sistemi, içməlu su ilə təmin olunması üçün ayrıca tarnsformator, qazanxana və hər biri 100 kubmetr olan su hövuzu da tikilir.
Uçuq-sökük və qəzalı vəziyyətdə dərs keçən şagirdlərin normal təhsil almaları üçün yeni məktəb binasında hər cür şərait yaradılacaq.
Qeyd edək ki, yeni məktəb binası isə gələn il yanvarın axırlarında şagirdlərin ixtiyarına veriləcək.