İranın Sənaye Ticarət və Mədəniyyət nazirinin müavininə qarşı sui-qəsd olunub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir müavini Səftər Rahmetabadi, Tehranın Sebelan meydanında şəxsi avtomobilinə minən zaman, iki nəfər naməlum şəxs ona yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Rahmetabadi, başından və sinəsindən aldığı gülə yarasından yerindəcə həlak olub.
Hadisə yerində heç bir izə rast gəlməyən İran polisinin ilkin versiyasına görə, nazir müavininə atəş öz şəxsi avtomobilindən açılıb. Polisdən onu da bildiriblər ki, hadisəni naziri müavinini tanıyan şəxslərdən biri törədib.