Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov AzərTAc-a müsahibəsində bildirib ki, həmin ərazilərdə unikal və dövlət əhəmiyyətli obyektlər istisna olmaqla, digər inşaat işlərinin aparılması məqsədəuyğun sayılmır. Həmçinin bu rayonlardakı köhnə və yararsız binaların sökülməsi də nəzərdə tutulur.
Qaradağ rayonunda isə vəziyyət xeyli fərqlidir. Əhalisi 122 min nəfər, ərazisi 114 min hektar olan rayonda bir hektara təxminən bir nəfər düşür. Bu amil nəzərə alınmaqla rayonun sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı hazırlanıb. Burada neft-kimya sənayesinin inkişafı, Ələt qəsəbəsində isə hava limanının tikintisi və digər infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar Bakı şəhərinin baş planında öz əksini tapıb.
A. Ələsgərov əlavə etmişdir ki, Qaradağ rayonunun bir hissəsi dağlıq ərazidi. Odur ki, bundan necə yararlanmaq barədə də düşünmək lazımdı. Ərazidəki vulkanik yerlərdən turizm məqsədi ilə istifadə oluna bilər.