Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rabitə və İnformasiya Texnologiyaları naziri Macarıstanda rəsmi səfərdə olub

Rabitə və İnformasiya Texnologiyaları naziri Macarıstanda rəsmi səfərdə olub
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri xanım Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.


İki gün davam edən səfər Macarıstanın Vezprem şəhərindən başlanmışdır.



Azərbaycanlı nazir burada yerləşən və əsasən informasiya texnologiyaları üzrə ixtisaslaşan Pannoniya universitetinin qonağı olmuşdur. Universitetin rektoru professor Ferens Friedler ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, əsas tədris və tədqiqat istiqamətləri barəsində geniş məlumat vermişdir. Pannoniya universitetinin təcrübə və potensialından Bakıda qurulmasına başlanan İnformasiya Texnologiyaları universitetində istifadə olunması məsələsi universitet rəhbərliyi və fakültə dekanları ilə görüşdə müzakirə edilmişdir.



Sonra nazir Əli Abbasov tələbə və müəllim heyəti qarşısında “İnformasiya və kommunikasiya texnologiyalarının qlobal inkişaf istiqamətləri” mövzusunda mühazirə ilə çıxış etmişdir. Maraqla qarşılanan mühazirədən sonra o, universitet əməkdaşlarının çoxsaylı suallarına cavab vermişdir. Rektor Ferens Friendler akademik Əli Abbasovun informasiya texnologiyaları sahəsindəki mühüm xidmətlərini yüksək qiymətləndirərək Pannoniya universiteti elmi şurasının qərarı ilə ona universitetin xatirə medalını təqdim etmişdir.



Macarıstanın iqtisadi inkişaf nazirliyində Juja Nemet və Əli Abbasov arasında görüş keçirilmişdir. Görüşdə ikitərəfli münasibətlərin aspektləri, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti Bakı toplantısına qədər əməkdaşlığın başlıca istiqamətləri ilə bağlı protokolun hazırlanması qərara alınmışdır. Əli Abbasov macar həmkarını bu il dekabrın əvvəlində Bakıda keçiriləcək Bakutel beynəlxalq sərgisinə dəvət etmişdir.



Səfər çərçivəsində nazir Əli Abbasov Avropanın mühüm informasiya texnologiyası mərkəzlərindən biri sayılan Budapeştin “CERN@WIGNER Data Center” mərkəzində olmuşdur. Mərkəzin direktoru Peter Levai və layihə meneceri Qabor Petö bu mühüm “beyin mərkəzi”nin iş prinsipləri və imkanları haqqında məlumat vermiş, qonağı ən müasir standartlar əsasında qurulmuş maşın zalının işi və funksiyaları ilə tanış etmişlər.

Macarıstan İqtisadi İnkişaf naziriyinin dövlət katibi Vilmoş Valyu-Nad, Macarıstanın Azərbayvandakı səfiri Jolt Çutora və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev səfər proqramında iştirak etmişlər.


Teqlər:
Bu xəbər cəmi 1425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR