Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət Sosial Müdafiə Fondu ləğv edilir, qurum nazirliyə birləşdirilir

Dövlət Sosial Müdafiə Fondu ləğv edilir, qurum nazirliyə birləşdirilir


Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 22-də Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyinat alandan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sədr postu boş qalır. Hazırda sədrin vəzifəsini S.Müslümovun keçmiş müavinləri icra edirlər.



Mia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, DSMF yaxın günlərdə ləğv edilərək nazirliyin tərkibində fəaliyyət göstərəcək. 



Məsələ ilə bağlı AzVision.az Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəblidən münasibət öyrənib. Deputat bir çox ölkələrdə belə bir təcrübənin olduğunu vurğulayaraq fondun nazirliyin tərkibinə keçmə ehtimalının olduğunu deyib. "Bir sıra ölkələrdə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindədir. Məsələn, Belarusiyada, Post-Sovet ölkələrində bu belədir. Bizdə də fond nazirliyə birləşdirilə bilər”-deyə, millət vəkili əlavə edib.



Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov də bu fondun ləğv edilməsinin tərəfdarıdır: "Dövlət Sosial Müdafiə Fondu illər ərzində dövlət büdcəsindən dotasiyalar almaqla, transfertlər etməklə idarə olunub. Eləcə də 2014-cü ii dövlət büdcəsində də artıq proqnozlaşdırılıb ki, 1 milyard 142 milyon manat transfer alsın. Eyni zamanda 2006-cı ildən qəbul olunmuş dövlət proqramında göstərilib ki, 2015-ci ilə qədər transfertlər kəsilsin və özəl pensiya fondları yaradılsın. Bu barədə dövlət proqramında da müddəa var”. 

Sabiq deputat bütün bunların kağız üzərində qaldığını bildirib: "Dövlət Sosial Müdafiə Fondu öz funksiyasını praktiki olaraq, yerinə yetirmir. Artırılan təqaüdlər isə ölkədə cənab prezidentin təşəbbüsü ilə dövlət büdcəsi hesabına artırılır. Buradan belə nəticəyə gəlmək olar ki, belə bir fondun və böyük bir təşkilatın hər bir rayonda şöbələrinin saxlanılması, buna dövlət vəsaitinin xərclənməsinə ehtiyac yoxdur. Fondun funksiyası aparılan islahatlar nəticəsində başqa bir quruma verilməlidir. Bu ya Maliyyə Nazirliyi ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ola bilər. 

Məsələn, qonşu Gürcüstanda ümumi sosial vergi tətbiq olunur, onlarda bizdəki kimi analoji qurum yoxdur və sosial verginin dərəcəsi 20%-dir. Bizdə isə gəlir vergisi 14%, əmək haqqından tutulan vergi 25% və bu 39% edir. Bu da ikili mühasibatı, eyni zamanda kölqə iqtisadiyyatını stimullaşdırır. Bunun qarşısını almaq üçün kompleks addım atılmalı, vergi dərəcəsə birləşdirilməli və sosial vergi olaraq dövlətə yığılmalıdır. Həmin vergi vasitəsilə gələcəkdə dövlət büdcəsindən pensiya təqüadünü təmin etmək mümkündür”. 

Ekspert həmçinin fondun başqa bir dövlət qurumuna birləşdirilməsini təklif edib. "Əgər bu qurum özü-özünü idarə edə bilmirsə, siğorta haqlarını toplayıb idarəetmək mümkün deyilsə, belə bir fonda bu qədər vəsaitin ayrılması və xərclənməsi məqsədəuyğun deyil. Bunun ləğv olunmasının tərəfdarıyam və düşünürəm ki, normal hökümət bu fondu ləğv etməlidir. Çünki fond belə yaşaya bilməz, dövlət büdcəsi hesabına belə bir fondun saxlanılması düzgün deyil. Bu fond ya tamamilə özü-özünü maliyyələşdirməyə keçməlidir. Bunun da 2015- ci ilə qədər həyata k
eçməsi çətin görünür”-deyə, N.Məmmədov əlavə edib.



Teqlər:
Bu xəbər cəmi 2290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR